22 MAY 2022 İL, PASXANIN VI RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

 24 may, çərşənbə axşamı, Məsihilərin Köməkçisi Fövqələqdəs Bakırə Məryəm, xatirə günü. Salezianlar və Köməkçi Məryəmin Qızları ordenində böyük bayram günü.

25 may, çərşənbə, müqəddəs Möhtərəm Beda, keşiş və Kilsə müəllimi, müqəddəs papa VI Qreqoriy, müqəddəs Maria maqdalina de Patsi, bakirə, xatirə günü

26 may, cümə axşamı, RƏBBİN GÖYLƏRƏ QALXMASI, BÖYÜK BAYRAM.

27 may, cümə, müqəddəs Kenterberiyalı Avqustin, yepiskop, xatirə günü

29 may, bazar günü, PASXANIN VII RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI
MAY AYI – MƏRYƏM ANANIN AYIDIR 

Katolik Kilsəsində may ayı ənənəvi olaraq Fövqələqdəs Allah Anası Bakirə Məryəmə həsr olunur. Bütün imanlıları may ayı ərzində, imkan daxilində, hər gün Allah Anasına Loretan Litaniyasını oxumağa, müqəddəs Rozari duasına tez tez müraciət etməyə, və ya Məryəm Anaya həsr edilmiş digər iman əməllərini yerinə yetirməyə çağırırıq. Bəşəriyyətin bu gün Məryəm Ananın köməyinə çox ehtiyacı var. Qoy Rəbbimiz Fövqələqdəs Məryəmin dua şəfaəti ilə bizim günahlarımızı bağışlasın, ruhumuza və cismimizə şəfa versin, böyük dövlətlərin rəhbərlərinə hikmət bəxş etsin, onların niyyətlərini ölkələr və millətlər arası sülhün nail olmasına yönləndirsin.

MƏSİHİLƏRİN KÖMƏKÇİSİ FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏM 

Mayın 24-də Salesian ailəsi Məsihilərin Köməkçisi Fövqələqdəs Bakirə Məryəm bayramını qeyd edir. Bu bayram 1815-ci ildə Papa VII Pius tərəfindən Müqəddəs Məryəmə Kilsəyə himayə etdiyinə görə minnətdarlıq əlaməti olaraq təsis edilmişdir.

Müqəddəs İohann Bosko (1815-1888), Kilsəyə gələn təhdidləri yaxından izləyərək, bu təhlükələrə qarşı effektiv kömək axtararaq, Məryəmə Köməkçi olaraq ehtiram edilməsinin həvarisi oldu. O, təkcə Onun surətinin yer aldığı minlərlə medalyonların paylanması ilə deyil, həm də kitablar, broşuralar və jurnallar vasitəsilə Ona ehtiramı genişləndirməyə çalışıb. Və 1868-ci ildə Turində Don Boskonun səyləri sayəsində Məsihilərin Köməkçisi Məryəmə həsr olunmuş əzəmətli bazilika tikildi  və bir il sonra don Bosko Köməkçi Məryəmə ehtiram edənlərin qardaşlığını qurdu. Bu ad altında Allah Anasına ehtiram, don Bosco tərəfindən qurulan rahib ordenlərinin üzvləri (Salesiyalılar, Köməkçi Məryəmin Qızları və s.) sayəsində bütün dünyaya yayıldı.

ROMA PAPASI II İOHANN PAVELİN AZƏRBAYCANA SƏFƏRİNİN 20-Cİ İLDÖNÜMÜ 

May ayının 29-da, Pasxa Dövrünün VII Rəbb Günündə, Azərbaycanda Katolik Kilsəsi Roma Papası II İohann Pavel-in ölkəmizə tarixi səfərinin 20-ci ildönümünü qeyd edəcək.

Bayram tədbirləri Müqəddəs Məryəm kilsəsi ərazisində keçiriləcək.

Saat 13:00-da – Təntənəli Müqəddəs Messa. İbadətə yepiskop Vladimir Fekete həzrətləri  başçılıq edəcək.

Saat 14:30 – mqd. Don Bosko zalında bayram tədbiri

Tədbirin sonunda imanlılar və qonaqlar üçün kiçik ziyafət təşkil olunacaq.

Hamınızı o unudulmaz günlərin, mqd. Papa II İohann Pavelin nurlu xatirəsini yad etmək üçün dəvət edirik.

 İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 
Çərşənbə axşamı Məsihilərin Köməkçisi Fövqələqdəs Bakırə Məryəm Böyük Bayramı. Bayram Messası – saat 19:00
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı 19:00 rus dilində
Cümə 17:30 rus dilində
Şənbə Rəbb Günü Ərəfəsi Messası:  18:00 ingilis dilində
Bazar (Rəbbin Günü) Roma Papası II İohann Pavelin Azərbaycana səfərinin 20-ci ildönümü. Bayram Messaları:

11:00 ingilis dilində, 13:00 rus və azərbaycan dilində dillərində

 

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Çərşənbə axşamı 19:00 rus dilində
Çərşənbə 19:00 rus dilində RƏBBİN GÖYLƏRƏ QALXMASI BAYRAMININ ƏRƏFƏSİ
Cümə 18:00 – Müqəddəs Ənamlara Səcdə, 19:00 – Messa rus dilində
Şənbə 19:00 – Rəbbin Günü Ərəfəsi Messası (latın dilində)
Bazar (Rəbbin Günü) 11:00 və 19:00 rus dilində