22 Noyabr 2020-ci il, MƏSİH – KAİNATIN PADIŞAHI BAYRAMI – ELANLAR
22 Noyabr 2020-ci il, MƏSİH – KAİNATIN PADIŞAHI BAYRAMI – ELANLAR
Kilsənin və Apostol Prefekturasının elanları
Məsihin- Kainatın Padışahı bayramı – bəşəriyyətin İsanın Müqəddəs Ürəyinə Təqdim edilməsidir:
Bütün Katolik kilsələrində Məsih – Kainatın Padişahı bayramı günü (Müqəddəs Ayinin sonunda, qurbangahda göstərilən Mübarək Ali Ənamlar ilə, İsanın Müqəddəs Ürəyinə Litaniya oxunacaq və həmçinin insanlığın Müqəddəs ürəyə həsr olunması hərəkəti həyata keçiriləcəkdir.)
Həsr etmə duasının ictimai oxunuşunda iştirak edən hər kəs, adi şərtlərə əsaslanaraq tam indulgensiya əldə edə bilər.
Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı:
Mövcud şəraitdə Xətaidə ki, Kilsə, ( karantin qaydalarına və bütün profilaktik tədbirlərə uyğun olaraq ) çərşənbə axşamıdan – şənbə gününə qədər yalnız şəxsi dua, keşişlə söhbət etmək və Müqəddəs ayinləri qəbul etmək üçün açıq olacaq. Kilsənin ziyarət üçün açıq olduğu vaxt cədvəlinə catholic.az səhifəmizdə və ya kilsə qapılarına nəzər salaraq baxa bilərsiniz.
Müqəddəs Messa canlı yayınımız bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.
Karantin qaydalarına görə hər hansı bir dəyişiklik baş verərsə, dərhal internet saytımız və ya Facebook səhifəmiz vasitəsilə ibadətçiləri məlumatlandıracağıq.
Kilsəyə gəlmək, ayinləri qəbul etmək və digər xidmətlər ilə əlaqədar bütün suallarınız üçün kilsə kahinləri ilə telefonla əlaqə saxlaya bilərsiniz: Rus qrupu üçün Ata Emil (0506668507), Xətaidə ki, kilsənin baş Keşişi Ata Selva (0514961093) İngilis dilində danışanlar üçün isə Ata Yusif (0503056460 – Gənclikdə ki,ibadətgah)
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma:
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
23 Noyabr, bazar ertəsi, Müqəddəs Klement Papa və Şəhidin xatirə günüdür
24 Noyabr, çərşənbə axşamı Müqəddəslər Andrey Dung-Lac, Keşiş və Səhabələri, Şəhidlərin xatirələri günüdür
25 Noyabr, çərşənbə günü Müqəddəs İskəndəriyəli Katerina bakirə və şəhidin xatirə günüdür
29 Noyabr, bazar günü, 1-ci Rəbb günü advent dövrüdür