22 OKTYABR – MÜQƏDDƏS PAPA II İOHANN PAVELİN XATİRƏSİ GÜNÜ

Oktyabrın 22-də Kilsə müqəddəs papa II İohann Pavelin xatirəsini qeyd edir.

Azərbaycanın katolik icması üçün II İohann Pavelin adı xüsusi olaraq əzizdir. O ölkəmizə səfər edən ilk Roma Pontifiki olub.

Onun nüfuzu, xeyirdulaları və artıq çox ağır xəstə olmasına baxmayaraq ölkəmizə səfər edib göstərdiyi fədakarlığı Azərbaycanda Katolik Kilsəsinin bərpası işində böyük rol oynamışdır.

Bakının mqd. II İohann Pavel prixodunda onun xaritəsi günü “taxt-tac bayramı”, yəni həmin prixodun kilsə bayramı kimi qeyd edilir. Bütün imanlıları təntənəli liturgiyada iştirak edərək, II İohann Pavelə görə, onun dua vəsatətçiliyi ilə əldə etdiyimiz bütün lütflərə görə Allaha şükr etməyə dəvət edirik.

Bayram Messası (rus dilində) 22 oktyabr, saat 19:00-da, mqd. II İohann Pavel ibadətgahında (Gənclik, Məmməd Araz küçəsi, 69/b/1) keçiriləcək.