24 İYUL 2022 İL, ADİ DÖVRÜN XVII RƏB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

25 iyul, bazar ertəsi, müqəddəs həvari Yaqubun bayramı

26 iyul, çərşənbə axşamı, müqəddəs İohakim və Hanna, Məryəm Ananın valideynləri, xatirə günü

27 iyul, çərşənbə, müqəddəs Olaf, şəhid, xatirə günü

29 iyul, cümə, müqəddəs Marta, xatirə günü

30 iyul, şənbə, müqəddəs Peter Xrizoloq, yepiskop və Kilsə müəllimi, xatirə günü

31 iyul, bazar, ADİ DÖVRÜN XVIII RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI

  • İmanlıların diqqətinə çatdırırıq ki, iyulun 31-dək mqd. II İohann Pavel prixodu bağlı olacaq. Bununla belə, bazar günü, yəni iyulun 31-i, saat 11:00-da mqd. II İohann Pavel prixodunda ya Müqəddə Messa, ya da Yevxaristiya qəbul etməklə Söz Liturgiyası keçiriləcək. Bu müddət ərzində bazar günü axşam Messaları olmayacaq. Avqust ayının 1-dən II İohann Pavel prixodu adi rejımdə işləməyə davam edəcək.
  • Müqəddəs Ata Fransisk bu il sentyabrın ortalarında Qazaxıstana dövlət və pastır səfəri edəcək. İlkin məlumatlara görə, səfər sentyabrın 14-də baş tutacaq və üç gün davam edəcək. Bu səfərin bütün Mərkəzi Asiya regionu üçün əhəmiyyətini və Xəzəryanı ölkələrin coğrafi və mənəvi yaxınlığını nəzərə alaraq, Azərbaycanın katolikləri Mərkəzi Asiyanın digər ölkələrindən olan qardaş və bacıları ilə birlikdə Papa həzrətlərinin səfəri ilə bağlı ictimai tədbirlərdə və ayinlərdə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki,  bu səfər Kilsə tərəfindən maliyələşdirilmir və  könüllülük əsasında həyata keçirilir, lakin zəvvarların yerləşdirilməsi ev sahibi tərəfindən təmin ediləcək. Əgər imanlılarımız arasında Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər etmək istəyənlər varsa, o zaman prixodların baş keşişləri ilə: ata Martin Bonkalo və ata Behbud Mustafayevlə əlaqə saxlamağınız xahiş olunur.İBADƏTLƏR CƏDVƏLİMÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 
    Çərşənbə axşamı 12:45 rus dilində
    Çərşənbə 12:45 rus dilində
    Cümə axşamı 19:00 rus dilində
    Cümə 17:30 rus dilində
    Şənbə Rəbb Günü Ərəfəsi Messası: 18:00 ingilis dilində
    Bazar (Rəbbin Günü) 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində

    MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

    Bazar ertəsi Müvəqqəti olaraq bağlıdır
    Çərşənbə axşamı

     

    Müvəqqəti olaraq bağlıdır
    Çərşənbə Müvəqqəti olaraq bağlıdır
    Cümə axşamı Müvəqqəti olaraq bağlıdır
    Şənbə Müvəqqəti olaraq bağlıdır
    Bazar (Rəbbin Günü) 11:00 rus dilində