24 İYUL 2022 İL, ADİ DÖVRÜN XVII RƏB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
25 iyul, bazar ertəsi, müqəddəs həvari Yaqubun bayramı
26 iyul, çərşənbə axşamı, müqəddəs İohakim və Hanna, Məryəm Ananın valideynləri, xatirə günü
27 iyul, çərşənbə, müqəddəs Olaf, şəhid, xatirə günü
29 iyul, cümə, müqəddəs Marta, xatirə günü
30 iyul, şənbə, müqəddəs Peter Xrizoloq, yepiskop və Kilsə müəllimi, xatirə günü
31 iyul, bazar, ADİ DÖVRÜN XVIII RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
- İmanlıların diqqətinə çatdırırıq ki, iyulun 31-dək mqd. II İohann Pavel prixodu bağlı olacaq. Bununla belə, bazar günü, yəni iyulun 31-i, saat 11:00-da mqd. II İohann Pavel prixodunda ya Müqəddə Messa, ya da Yevxaristiya qəbul etməklə Söz Liturgiyası keçiriləcək. Bu müddət ərzində bazar günü axşam Messaları olmayacaq. Avqust ayının 1-dən II İohann Pavel prixodu adi rejımdə işləməyə davam edəcək.
Müqəddəs Ata Fransisk bu il sentyabrın ortalarında Qazaxıstana dövlət və pastır səfəri edəcək. İlkin məlumatlara görə, səfər sentyabrın 14-də baş tutacaq və üç gün davam edəcək. Bu səfərin bütün Mərkəzi Asiya regionu üçün əhəmiyyətini və Xəzəryanı ölkələrin coğrafi və mənəvi yaxınlığını nəzərə alaraq, Azərbaycanın katolikləri Mərkəzi Asiyanın digər ölkələrindən olan qardaş və bacıları ilə birlikdə Papa həzrətlərinin səfəri ilə bağlı ictimai tədbirlərdə və ayinlərdə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, bu səfər Kilsə tərəfindən maliyələşdirilmir və könüllülük əsasında həyata keçirilir, lakin zəvvarların yerləşdirilməsi ev sahibi tərəfindən təmin ediləcək. Əgər imanlılarımız arasında Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər etmək istəyənlər varsa, o zaman prixodların baş keşişləri ilə: ata Martin Bonkalo və ata Behbud Mustafayevlə əlaqə saxlamağınız xahiş olunur.İBADƏTLƏR CƏDVƏLİMÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
Çərşənbə axşamı 12:45 rus dilində Çərşənbə 12:45 rus dilində Cümə axşamı 19:00 rus dilində Cümə 17:30 rus dilində Şənbə Rəbb Günü Ərəfəsi Messası: 18:00 ingilis dilində Bazar (Rəbbin Günü) 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
Bazar ertəsi Müvəqqəti olaraq bağlıdır Çərşənbə axşamı Müvəqqəti olaraq bağlıdır Çərşənbə Müvəqqəti olaraq bağlıdır Cümə axşamı Müvəqqəti olaraq bağlıdır Şənbə Müvəqqəti olaraq bağlıdır Bazar (Rəbbin Günü) 11:00 rus dilində