24 OKTYABR 2021, ADİ DÖVRÜN XXX RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

28 oktyabr, cümə axşamı, müqəddəs həvarilər Millətçi Şimon və Yaqub oğlu Yahuda-nın (Faddey) bayramı

31 oktyabr, bazar, ADİ DÖVRÜN XXXI RƏBB GÜNÜ

Apostol Prefekturasının elanları
Ümumdünya Missiya Günü

Yaranmış ənənəyə görə, hər il oktyabr ayının üçüncü bazar günündə Kİlsə Ümumdünya Missiyalar Gününü qeyd edir. Həmin günü bütün prixodlarda papanın katolik missiyalara yardım fonduna ianələr toplanılır. Həmin vəsaitdən Kilsə müjdəçi fəaliyyətini çətin vəziyyətdə icra edənlərə yardım edir. Lakin bu il  Ümumdünya Missiyalar Gününü oktyabrın dördüncü bazar gününə keçirmək qərara alınmışdır.   İanələrin könüllü olaraq toplanması bizim proxodlarda da təşkil olunacaq. Biz hər zaman xatırlamalıyıq ki, bizim də Kilsəmizə bir neçə dəfə Ümumdünya Missiyalar Günündə toplanan vəsaitldən yardım edilib və həmin yardım bu gün də davam edir..

2021-ci ilin Ümumdünya Missayal Gününün mövzusu kimi Msüqəddəs Yazının Həvarilərin İşləri Kitabından bir sitat seçilib: “Axı eşidib-gördüklərimizi deməyə bilmərik” (Həv 4, 20). Bu sözlər məsihi missiyasının və müjdəçiliyin mahiyyətini – Məsih ilə şəxsi görüşümüz haqda başqalarına danışmağı – ən gözəl şəkildə ifadə edir. Missioner fəaliyyəti həmin görüşdən irəli gələn xilasedici sevinclə səmimiyyət və səxavətlə bölüşməyin üzərində qurulmalıdır. Ona görə Kilsə bizi düşünməyə dəvət edir: biz doğrudanmı haqqında susa bilməcəyimiz Onu eşidib-görmüşük?  Başqalarına Məsihə aparan yolu göstərməkdə bizə mane olan mənəvi tənbəllik və xəsislik bizə də aiddir ya yox?