25 SENTYABR 2022-Cİ İL, ADİ DÖVRÜN XXVI RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
26 sentyabr, bazar ertəsi, mqd. Kosma və Damian, şəhidlər, xatirə günü
27 sentyabr, çərşəmbə axşamı, mqd. Vikentiy de Pol, keşiş, xatirə günü
29 sentyabr, cümə axşamı, MÜQƏDDƏS MİKAYIL, GƏBRAYIL VƏ RƏFAİL ALİMƏLƏKLƏRİN BAYRAMI
30 sentyabr, cümə, mqd. Yeronim, keşiş və Kilsə müəllimi, xatirə günü
01 oktyabr, şənbə, mqd. Tereza (Körpə İsanın Terezası), bakirə və Kilsə müəllimi, xatirə günü, ayın il şənbəsi
02 oktyabr, bazar, ADİ DÖVRÜN XVII RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Hər il, 27 sentyabr tarixində Azərbaycanda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keşmiş 44-günlük Qarabağ müharibəsinin şəhidləri anılır. Bizim Yerli Kilsəmiz ölkənin katoliklərini həlak olanların ruhu,onların yaxınlarının təsəlli tapması, yaralananların şəfası, yurdumuzda və bütün bölgədə sülhün və əminəmanlığın bərqərar olması üçün dua etməyə çağırır. Həmin gün kilsə və ibadətgahlarımızda ibadətlər yuxarıda sadalanan niyyətlərə görə keçirililəcək.
Bir çoxunuzun bildiyi kimi, 1917-ci ildə Katolik Kilsəsinin həyatında xüsusi bir hadisə baş verdi – Allah Anası Özü Portuqaliyanın Fatima şəhərində Jasinta, Lusia və Fransişko adlı üç uşağa göründü və onların vasitəsilə dünyanı tövbəyə və günahkarların pis yollardan çəkinib imana gəlməsi üçün Müqəddəs Rozari duasını etməyə çağırdı. Fatima zaman keçdikcə hər il milyonlarla möminin səfər etdiyi məşhur ziyarət yerinə çevrildi. Hər kəsin belə bir ziyarəti etmək imkanı olmadığı üçün son onilliklərdə Fatima yepiskopunun qərarı və xeyir-duası ilə Fatimalı Məryəm Ananın heykəli dünyanın müxtəlif yerlərini gəzir ki, onun yaxınlığı imanın yenilənməsinə, xristian icmalarında tövbə ruhunun və Müqəddəs Rozari duasının canlanmasına kömək etsin. Müqəddəs Taxt-Tacın Gürcüstandakı səfiri arxiyepiskop Xose Bettenkurun təşəbbüsü ilə bu ilin oktyabr ayında Fatimalı Məryəm Ananın heykəli Qafqaz regionuna səfər edəcək. Hər şey plana uyğun getsə, heykəl oktyabrın 15-dən 20-dək apostol prefekturamızda olacaq. Koronavirus pandemiyası və müharibələr ilə seçilmiş tarixin bu çətin dövründə, bu bütün region üçün, xüsusən də Azərbaycandakı kiçik xristian icmamız üçün föqvəladə bir hədiyyə və Məryəm Anaya olan ehtiramımızı dərinləşdirmək və imanımızı gücləndirmək üçün gözəl bir imkandır. Biz sizi heykəlin Bakıya gəlməsinin detalları haqda məlumatlandıracayıq, lakin Azərbaycanın hər bir katolikindən xahiş edirik ki, bu gəlişin layiqli və xeyirdualı keçirilməsi üçün dua etsin.
İBADƏTLƏRİN CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində |
| Bazar | 07:00 və 11:00 ingilis dilində
13:00 rus dilində, 15:30 azərbaycan dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | 19:00 rus dilində |
| Çərşənbə axşamı | 19:00 rus dilində |
| Çərşənbə | Святая Месса на русском языке 19:00 |
| Cümə | 18:30 – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində |
| Şənbə | Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində |
| Bazar | 11:00 və 19:00 rus dilində |