27 FEVRAL 2022 İL, ADİ DÖVRÜN VIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
02 mart, çərşənbə, KÜL ÇƏRŞƏNBƏSİ, BÖYÜK ORUCUN BAŞLANMASI
06 mart, bazar в воскресенье, BÖYÜK ORUCUN I RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Böyük Orucun Başlanması
Martın 2-də, Kül Çərşənbəsinin Müqəddəs Messası və ayinləri ilə Böyük Oruc dövrü başlanır. On dörd (14) yaşından böyük olan hər katolik (əgər hər hansı tibbi əks göstəriciləri yoxdursa) Kül Çərşənbəsi günü ağır oruc tutmalı: ət və ət məhsullarından tam imtina, gün ərzində 1 dəfə – doyumlu yemək, 1 dəfə – yüngül qəlyanaltı.
Kül Çərşənbəsi Müqəddəs Messaları:
Müqəddəs Məryəm kilsəsində: saat 12:45 və 18:00 – rus dilində, saat 19:00 – inglilis dilində.
Mqd. II İohann Pavel prixodunda – saat 09:00 və 19:00 rus dilində.
Çarmıx yolu ibadətləri
Hər bazar mqd. Məryəm kilsəsində – saat 12:30
Hər cümə mqd. II İohann Pavel prixodunda – 19:00-da olan Müqəddəs Messadan sonra.
Rusiya və Ukrayna arasında sülh üçün dua
Roma Papası Fransisk bütün katolikləri 2 mart Kül Çərşənbəsi gününün dualarını və orucunu Rusiya və Ukrayna arasında sülh üçün həsr etməyə çağırıb. Müqəddəs Atanın bu çağırışına qoşularaq, Azərbaycanda Katolik Kilsəsi ölkəmizdə yaşayan bütün katolikləri həmin gün Ümumdünya Kilsəsi ilə həmrəy olmağa, Rusiya və Ukrayna arasında müharibənin bitməsi, ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün dua etməyə və oruc tutmağa çağırır.
Sülhün Mələkəsi, Fövqələqdəs Bakirə Məryəmin duaları xatir, qoy Küllü-İxtiyar Allah Ukraynada qanı dayandırsın, Haqq-Təala bizi yeni müharibələrdən qorusun