27 NOYABR 2022-Cİ İL, ADVENT DÖVRÜNÜN I RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
29 noyabr, çərşənbə axşamı, AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTURASININ TAXT-TAC BAYRAMI, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN PAK DÖLLƏNMƏSİ BAYRAMI ÖNCƏSİ DOQQUZ GÜNLÜK DUANIN (NOVENNANIN) BAŞLANMASI
30 noyabr, çərşənbə, müqəddəs həvari Andreyin bayramı
01 dekabr, cümə axşamı, ayın ilk cümə axşamısı
02 dekabr, cümə, ayın ilk cüməsi
03 dekabr, şənbə, müqəddəs Fransisk Ksaveriy, keşiş, xatirə günü, ayın ilk şənbəsi
04 dekabr, bazar, ADVENT DÖVRÜNÜN II RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Noyabrın 29-da Fövqələqdəs Bakirə Məryəmin Pak Döllənməsi Bayramı öncəsi ənənəvi olaraq oxunan doqquz günlük novenna duası başlanır. Bu bayram Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının taxt-tac bayramıdır, çünki bizim baş kilsəmiz imanımızın bu həqiqətinə – Allah Validəsinin Pak Döllənməsinə həsr olunub. Ötən əsrin 30-cu illərində bolşevik hakimiyyəti tərəfindən dağıdılmış Bakı şəhərindəki ilk katolik kilsəsi də bu müqəddəs inanc dogmasına həsr edilmişdir. Biz bütün imanlıları qruplarda və ya fərdi olaraq novena duasında iştirak etməyə dəvət edirik ki, Məryəm Ananın şəfaəti ilə qəbul etdiyimiz bütün lütflərə görə Ona minnətdarlığımızı bildirək, həmçinin Məryəm Anadan Kilsəmizi, şəhərimizi və bütün ölkəmizi Onun Dua Örpəyi ilə qorumasını xahiş edək ki, Məryəmin Pak Qəlbinin duaları xatirinə Rəbb bizim imanımızı, ümidimizi və məhəbbətimizi möhkəmləndirsin, ruhumuzun və cismimizin yaralarını sağaltsın, ölkəmizə sülh və əminamanlıq bəxş etsin. Novena mətnləri haqqında keşişlərdən və katexizis qruplarında öyrənə bilərsiniz.
Artıq Advent Dövrünə, Milad Bayramına mənəvi hazırlıq Dövrünə daxil olduq. Advent zamanl Kilsə imanlıları mərhəmət işləri görməyə və tövbə etməyə çağırır. Bu dövr üçün ciddi oruc tutmaq tələbi yoxdur, lakin Kilsə hər bir katolikə tövsiyə edir ki, o Advent zamanı onu Allahdan, duadan yayındıran, həmçinin onun mənəvi inkişafına mane olan şeylər barədə düşünsün və həmin şeylərdən Milad Bayramına mənəvi hazırlır üçün imtina etməyə çalışsın və bu yolda Tövbə və Yevxaristiya Sirrlərinə tez tez müraciət etsin.
Advent ilə əlaqəli ənənələrdən biri “Rorate” Müqəddəs Messalardı. Bu Messaların tam adı: Advent dövründə Müqəddəs Məryəmə həsr edilən Messalar. Həmin Messalar Advent dövrünün hər şənbə günündə, səhər saat 07.00-da Gənclikdəki müqəddəs II İohann PaveI prixodunda rus dilində keçiriləcək. İmanlıların hamısını, Advent dövrünün mənəvi cəhətdən daha dərin yaşanması üçün bu Messalarda iştirak edib, özlərini Allahın Validəsi Məryəmin şəfaətinə və bələdçiliyinə etibar etməyə dəvət edirik.
İBADƏTLƏRİN CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | 12:00 rus dilində
Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində |
| Bazar | 07:00 və 11:00 ingilis dilində
13:00 rus dilində, 15:30 azərbaycan dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | 19:00 rus dilində |
| Çərşənbə axşamı | 19:00 rus dilində |
| Çərşənbə | 19:00 rus dilində |
| Cümə | 18:30 – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində |
| Şənbə | “Rorate” – Məryəm Anaya həsr olunan Messa – səhər saat 07:00 rus dilində
Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində |
| Bazar | 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində |