28 NOYABR 2021, ADVENT DÖVRÜNÜN I RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
30 noyabr, çərşənbə axşamı, müqəddəs həvari Andreyin bayramı
02 dekabr, cümə axşamı, ayın ilk cümə axşamısı
03 dekabr, cümə, mqd. Fransisk Ksaveriy, keşiş, xatirə günü, ayın ilk cüməsi
04 dekabr, şənbə, mqs. Dəməşqli Yuhanna, keşiş və Kilsə müəllimi, xatirə günü, ayın ilk şənbəsi
05 dekabr, bazar, ADVENT DÖVRÜNÜN II RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
ADVENT, MİLAD ORUCUNUN BAŞLANMASI
Noyabrın 28-də, Adventin birinci Rəbb Günü ilə Rəbbimiz İsa Məsihin Mövludunun gözləməsi dövrü başlanır. Advent zamanı – oruc zamanıdır. Katolik Kilsəsində Milad-öncəsi oruc ilə bağlı ümumi və sərt göstərişlər mövcud deyil. Bununla belə, Kilsə möminlərinə Xilaskarın Gəlişini qeyd etməyə ruhən hazırlaşmaq üçün liturgiya ilinin ibadət ənənələri və dua adətlərinin zənginliyi və dərinliyi ilə seçilən bu dövründən istifadə etməyi şiddətlə tövsiyə edir.
Advent zamanı biz şəxsi oruc yolumuza Müqəddəs Ruha dua edərək başlaya bilərik. Qoy Müqəddəs Ruh bizi ilhamlandırsın: özümüzə, həyatımıza gözlərimizi açsın ki, səhvlərimizi, zəifliklərimizi və asılılıqlarımızı görə bilək və onları dünyaya gələcək Xilaskarın Mərhəmətinə etibar edək.
MQD. II İOHANN PAVEL PRİXODUNDA (Gənclikdə) “RORATE” MESSALARI
Hər şənbə, səhər saat 7.00-da II İohann Pavel prixodunda (Gənclikdə) Fövqələqdəs Bakirə Məryəmin şərəfinə “Rorate” adlanan xüsusi Messalar keçiriləcək. Kilsəsin bu qədim ənənəsi Məsih Mövludun Məryəm Ana ilə birlikdə gözlənməsi ilə bağlıdır. Seçilmiş Xalqın övladı kimi Məryəm Xilaskar Məsihin intizarında idi, Rəbbin Anası şərəfinə nail oldu və indi, Səmalarda Oğluna qovuşaraq, Məryəm Dua vəsatətçiliyi ilə bizə Məsihi tapmağa və səmaya çatmağa yardım edir. Qeyd edək ki, “Rorate” Messaları latın dilində keçiriləcək. Yalnız oxunuşlar və vəz rus dilində olacaq.
IBADƏTLƏRİN CƏDVƏLİ
Bildirmək istərdik ki, Müqəddəs Məryəm Ana kilsəsində həftəiçi ibadətlər bərpa olundu
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | 18:00 ingilis dilində (Rəbb Günü Ərəfəsi Messası) |
| Bazar (Rəbb Günü) | 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | 19:00 rus dilində |
| Çərşənbə axşamı | 19:00 rus dilində |
| Çərşənbə | 19:00 rus dilində |
| Cümə | 18:00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində. Müqəddəs Ənamlara Səcdə Ayini zamanı keşiş sakristiya otağında Tövbə Sirrini qəbul etmək istəyənləri gözləyəcək. |
| Şənbə | Advent dövrü zamanı hər səhər saat 07.00 – Məryəm Ananın şərəfinə “Rorate” Messası, latın dilində
19:00 rus dilində (Rəbb Günü Ərəfəsi Messası) |
| Bazar (Rəbb Günü) | 11:00 və 19:00 rus dilində |
Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.
Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.
Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.