30 OKTYABR 2022-Cİ İL, ADİ DÖVRÜN XXXI RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

01 noyabr, çərşənbə axşamı, BÜTÜN MÜQƏDDƏSLƏRİN BAYRAMI 

02 noyabr, çərşənbə, BÜTÜN MƏRHUMLARIN GÜNÜ 

03 noyabr, cümə axşamı, ayın ilk cümə axşamısı

04 noyabr, cümə, müqəddəs Karl Borromeo, yepiskop, xatirə günü, ayın ilk cüməsi 

05 noyabr, şənbə, ayın ilk şənbəsi 

06 noyabr, bazar, ADİ DÖVRÜN XXXII RƏBB GÜNÜ 

APOSTOL PREFEKTURASININ ELANLARI 

Noyabrın 1-də Kilsə bütün müqəddəslərin bayramını qeyd edir. Bu Bayram ilə Kilsə insan ömrünün həqiqi məqsədinin Allah ilə əbədi həyat olmasına imanını bir daha bəyan edir.  Dünyanın Xilaskarı Məsih, Öz Çarmıx Qurbanı ilə lənət olan ölümün ümidsizliyini – əbədi bəxtiyarlığa olan ümidə çevirdi. Müqəddəs adlandırdığımız insanlar o kəslərdir ki, biz zamanlar Məsihin ardınca, Onun Çarmıx yolu ilə addımlayıb, öz şəxsi “çarmıxını” çiyinlərinə götürərək, Allahın lütfünə söykənərək, bir çox mənəvi sarsıntılardan, tövbələrdən keçərək, imanda, ümiddə və məhəbbətdə sadiq qalaraq, “ölüm qapısından” keçib Məsihin Nurlu Səltənətinə daxil olub və indi artıq ağrı, göz yaşı, ölüm və fanilik olmayan yeni bir dünyanı – Allahın İzzətində olan Kilsəni təşkil edirlər. Onlar həmin yeni dünyanın –  zamanın və bizim dünyamıza aid anlamların fövqündə duran dünyanın, Allahın “hər şeydə hər şey”olduğu düyanın, həyat verici qüvvəsi yalnız İlahi Məhəbbət olan dünyanın sakinləridir.

Bu Məhəbbət bizi – dünyada Səyyah olan Kİlsəni – müqəddəslər ilə, yəni Səmavi Kilsə ilə birləşdirir. O müqəddəslər artıq bizim yollarımızdan keçib, bizə həmdərddir və onlardan kömək istədiyimiz vaxtı  bizim üçün yorulmadan vəsatətçilik edirlər.

Bayram Messaları

Müqəddəs Məryəm kilsəsində 

1 noyabr, saat  07:00-da ingilis dilində, 12:45 və 19:00-da rus dilində  

Müqəddəs II İohann Pavel prixodunda 

31 oktyabr, 19:00-da, Bayram Ərəfəsi Messası rus dilində 

1 oktyabr, 19:00-da, Bayram Messası rus dilində 

Angel statue at the Melaten Graveyard in Cologne

Noyabrın 2-də, Səmavi Padşahlıqda sevinən müqəddəsləri şərəfləndirdikdən sonra, Kilsə günahlarına görə ərafda olan rmərhumları anır. Onlara kömək etmək üçün Kilsə Rəbb Allaha imanlıların duaları,  indulgensiyaları və hər şeydən əvvəl Müqəddəs Messa qurbanını təqdim edir. Bütün mərhumların anım gününü ilk dəfə Benediktin abbatı olan müqəddəs Odilon 988-ci ildə tətbiq etmişdir. Tezliklə bu adət bütün Kilsəyə yayıldı.

Kilsə adətinə görə, noyabr ayının ilk oktavası ərzində, yəni 1-dən 8-ə kimi  – imanlılara ərafda olan mərhumlar üçün tam indulgensiya almaq imkanı verilir. İndulgensiyanın alınması üçün bu şərtlər yerinə yetirilməlidir: hər hansısa bir qəbristanlığı ziyarət etmək, mərhumlara görə dua etmək, Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və Müqəddəs Atanın niyyətləri üçün dua etmək.

Mərhumlar Günü Messaları 

Müqəddəs Məryəm kilsəsində 

07:00 ingilis, 12:45 rus və  18:00-da azərbaycan dilində

Müqəddəs II İohann Pavel prixodunda

19:00-da rus dilində 

Noyabrın 3-ü, 4-ü və 5-i ayın ilk cümə axşamı, cümə və şənbə günləridir. Ayın ilk şənbə günü, noyabrın 5-də, saat 12:00-da, müqəddəs Məryəm kilsəsində, Fatima zühuru zamanında Məryəm Ananın çağırışlarını yerinə yetirmək üçün, Messa keçiriləcək. 

İBADƏTLƏRİN CƏDVƏLİ 

MÜQƏDDƏS MƏRYƏM KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Çərşənbə axşamı BÜTÜN MÜQƏDDƏSLƏRİN BAYRAMI 

07:00 ingilis, 12:45 və 19:00-da rus dilində  

Çərşənbə  BÜTÜN MƏRHUMLAR GÜNÜ 

07:00 ingilis, 12:45 rus və 18:00-da azərbaycan dilində   

Cümə axşamı 19:00 rus dilində  
Cümə 17:30 rus dilində  
Şənbə  12:00 rus dilində 

Rəbb Günü Ərəfəsi Messası, 18:00 ingilis dilində 

Bazar 07:00 və 11:00 ingilis dilində  

13:00 rus dilində, 15:30 azərbaycan dilində  

MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Bazar ertəsi  19:00 rus dilində  BÜTÜN MÜQƏDDƏSLƏR BAYRAMI ƏRƏFƏSİ 
Çərşənbə axşamı 19:00 rus dilində BÜTÜN MÜQƏDDƏSLƏR BAYRAMI 
Çərşənbə   Святая Месса на русском языке  19:00  BÜTÜN MƏRHUMLAR GÜNÜ 
Cümə 18:30  – Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində  
Şənbə Rəbb Günü Ərəfəsi Messası 19:00 latın dilində   
Bazar 11:00 və 19:00 rus dilində, 12:30 azərbaycan dilində