30 YANVAR 2022 İL, ADİ DÖVRÜN IV RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
31 yanvar, bazar ertəsi, müqəddəs İohann Bosko, keşiş, Salezianlar və Köməkçi Məryəmin Qızları ordeninin qurucusu, xatirə
02 fevral, çərşənbə, RƏBBİN MƏBƏDDƏ TƏQDİM EDİLMƏSİ BAYRAMI
03 fevral, cümə axşamı, müqəddəs Blasios, yepiskop və şəhid, xatirə, ayın ilk cümə axşamısı
04 fevral, cümə, ayın ilk cüməsi
05 fevral, şənbə, müqəddəs Aqata, bakirə və şəhid, xatirə, ayın ilk şənbəsi
06 yanvar, bazar, ADİ DÖVRÜN V RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
Bazar ertəsi, Salezian qardaşlarımızın, eləcə də Köməkçi Məryəmin Qızları ordeni rahibələrinin böyük bayramıdır: ordeninin qurucusu mqd. Covanni Bosko-nun bayramı.
Bu həftə, 2 fevral, çərşənbə günü, Kilsə Rəbbin Məbəddə Təqdim Edilməsi Bayramını qeyd edir. Bu gün həyatını Allaha həsr etmiş hər kəsin günü hesab olunur: ilk növbədə keşişlərin və rahiblərin günü. Daha geniş mənada, hər bir xristian Allaha həsr olunmuş həyat sürməyə, dua ilə, qurban verərək və başqalara qayğı göstərərək Allaha xidmət etməyə çağrılıb. Bununla belə, Rəbbin Məbəddə Təqdim Edilməsi Bayramı günü biz, ilk növbədə, keşişlərimizi, rahib və rahibələrimizi xatırlayırıq, onlar üçün dua edirik, xidmətlərinə görə Allaha şükür edirik.
3 fevral müqəddəs yepiskop və şəhid Blasiosun xatirəsidir. Onun dua vəsatətçiliyi ilə boğaz xəstəliklərindən xeyir-dua almaq kimi qədim bir ənənə var. Adətən bu xeyir-dua mqd. Blasiosun xatirəsinə həsr edilmiş Messanın sonunda verilir, lakin bu ayin açıq şəkildə yerinə yetirilmirsə, belə bir xeyir-dua almaq istəyənlər, Messadan sonra keşişə yaxınlaşıb həmin xeyir-duanı ala bilər.
Xatırladırıq ki, fevralın 15-dən peyvəndin ikinci dozasından 6 ay keçmiş şəxslərin covid-pasportları peyvəndin üçüncü, gücləndirici dozasını alana qədər etibarsız sayılacaq. Gücləndirici doza aldıqdan sonra covid pasportlar müddətsiz olacaq. Koronavirus pandemiyası dövründə ictimai yerlərə, o cümlədən kilsələrə daxil olmaqla bağlı AR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaları nəzərə alaraq, kilsəyə daxil olarkən etibarlı covid-pasportu və ya imunitet sertifikatın təqdim edilməsi tələbini anlayışla qarşılamağınızı xahiş edirik. Xristian olaraq biz həm öz sağlamlığımız, həm də başqalarının sağlamlığı və həyatı üçün məsuliyyət daşımağa çağırılmışıq.
İBADƏTLƏR CƏDVƏLİ