31-ci Rəbb günü Adi dövründə “B”ili

Qanunun Təkrarı 6, 2-6

Ömrünüz boyu siz, övladlarınız, nəvələriniz sizə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahınız Rəbdən qorxun ki, ömrünüz uzun olsun. Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan. Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sev. Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.

 

Z 18, 2-3a. 3b-4. 47+51ab

Nəqarat: Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.

 

Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.

Rəbb qayam, qalam, xilaskarımdır, Allahım qayamdır,

 

Ona pənah gətirəcəyəm, Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.

Həmdə layiq Rəbbi çağıracağam, düşmənlərimin əlindən qurtulacağam.

 

Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!

Rəbb padşahına böyük zəfərlər verər, məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

 

Ibranilərə məktubu 7

Bununla yanaşı o kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu. İsa isə əbədi qaldığı üçün daimi kahinliyə malikdir. Buna görə O Öz vasitəsilə Allaha yaxınlaşanları tamamilə xilas etməyə qadirdir; çünki onlar üçün şəfaət etmək məqsədilə daim yaşamaqdadır. Çünki müqəddəs, məsum, nöqsansız, günahkarlardan ayrılmış və göylərdən daha yüksəklərə qaldırılmış belə bir Baş Kahinə malik olmaq bizə münasib idi. O, digər baş kahinlər kimi, əvvəlcə öz günahları üçün, sonra da xalqın künahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyildir. Çünki O Öz-Özünü qurban verməklə bunu birdəfəlik etdi. Zira Müqəddəs Qanun, zəif olan adamları baş kahin təyin edir; Qanundan sonra verilən and sözü isə, əbədi kamilləşdirilmiş Oğulu təyin etdi.

 

Markın müjdesi 12, 28-34

Din alimlərindən biri gəlib onların mübahisələrini dinlədi. Və İsanın onlara yaxşı cavab verdiyini görəndə: «Əmrlərin ən birincisi hansıdır?» – deyə soruşdu. İsa da cavab verdi: «Əmrlərin ən birincisi: “Dinlə, ey İsrail! Allahımız Rəbb, bir olan Rəbbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev.” /Budur birinci əmr./ İkincisi buna bənzərdir: “Qonşunu özün kimi sev.” Bunlardan daha böyük əmr yoxdur.» Din alimi Ona dedi: «Lap yaxşı, Müəllim! Doğru dedin ki, Allah birdir, Ondan başqası yoxdur. Və Onu bütün ürəklə, bütün zəka ilə, /bütün canla,/ və bütün qüvvətlə sevmək, qonşunu özün kimi sevmək yandırılan bütün qurban heyvanlarından və digər qurbanlardan üstündür.» İsa da onun ağıllı cavab verdiyini görüb, dedi: «Sən Allahın Səltənətindən uzaq deyilsən.» Daha heç kim Ondan bir şey soruşmağa cürət etmədi.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *