31 İYUL 2022 İL, ADİ DÖVRÜN XVIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

01 avqust, bazar ertəsi, müqəddəs Alfonso Maria de Liquori, yepiskop və Kilsə müəllimi, xatirə günü

04 avqust, cümə axşamı, müqəddəs İohann Maria Vianney, keşiş, ayın ilk cümə axşamısı

05 avqust, cümə, müqəddəs Məryəm bazilikasının təqdis edilməsinin xatirəsi, ayın ilk cüməsi

06 avqust, şənbə, RƏBBİN SURƏTİNİN DƏYİŞİLMƏSİ BAYRAMI

07 avqust, bazar, ADİ DÖVRÜN XIX RƏBB GÜNÜ

APOSTOL PREFEKTURASININ ELANLARI

  • İmanlıların diqqətinə çatdırırıq ki, avqust ayının 1-dən II İohann Pavel prixodu adi rejımdə işləməyə davam edəcək.
  • Müqəddəs Ata Fransisk bu il sentyabrın ortalarında Qazaxıstana dövlət və pastır səfəri edəcək. İlkin məlumatlara görə, səfər sentyabrın 14-də baş tutacaq və üç gün davam edəcək. Bu səfərin bütün Mərkəzi Asiya regionu üçün əhəmiyyətini və Xəzəryanı ölkələrin coğrafi və mənəvi yaxınlığını nəzərə alaraq, Azərbaycanın katolikləri Mərkəzi Asiyanın digər ölkələrindən olan qardaş və bacıları ilə birlikdə Papa həzrətlərinin səfəri ilə bağlı ictimai tədbirlərdə və ayinlərdə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki,  bu səfər Kilsə tərəfindən maliyələşdirilmir və  könüllülük əsasında həyata keçirilir, lakin zəvvarların yerləşdirilməsi ev sahibi tərəfindən təmin ediləcək. Əgər imanlılarımız arasında Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər etmək istəyənlər varsa, o zaman prixodların baş keşişləri ilə: ata Martin Bonkalo və ata Behbud Mustafayevlə əlaqə saxlamağınız xahiş olunur.

 

İBADƏTLƏR CƏDVƏLİ

MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ 

Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı 19:00 rus dilində
Cümə 17:30 rus dilində
Şənbə RƏBBİN SURƏTİNİN DƏYİŞİLMƏSİ BAYRAMI:

Müqəddəs Messalar: ingilis dilində saat 07:00 və 18:00, rus dilində saat 12:00

Bazar (Rəbbin Günü) 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində

 MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Bazar ertəsi Müqəddəs Messa saat 19:00-da, rus dilində
Çərşənbə axşamı

 

Müqəddəs Messa saat 19:00-da, rus dilində
Çərşənbə Müqəddəs Messa saat 19:00-da, rus dilində
Cümə Saat 18:30-da Müqəddəs Ənamlara Səcdə Ayini, Müqəddəs Messa saat 19:00-da, rus dilində
Şənbə Rəbbin Günü Ərəfəsi Müqəddəs Messası saat 19:00-da, latın dilində
Bazar (Rəbbin Günü) Müqəddəs Messalar saat 11:00 və 19:00-da, rus dilində