31 İYUL 2022 İL, ADİ DÖVRÜN XVIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
01 avqust, bazar ertəsi, müqəddəs Alfonso Maria de Liquori, yepiskop və Kilsə müəllimi, xatirə günü
04 avqust, cümə axşamı, müqəddəs İohann Maria Vianney, keşiş, ayın ilk cümə axşamısı
05 avqust, cümə, müqəddəs Məryəm bazilikasının təqdis edilməsinin xatirəsi, ayın ilk cüməsi
06 avqust, şənbə, RƏBBİN SURƏTİNİN DƏYİŞİLMƏSİ BAYRAMI
07 avqust, bazar, ADİ DÖVRÜN XIX RƏBB GÜNÜ
APOSTOL PREFEKTURASININ ELANLARI
- İmanlıların diqqətinə çatdırırıq ki, avqust ayının 1-dən II İohann Pavel prixodu adi rejımdə işləməyə davam edəcək.
- Müqəddəs Ata Fransisk bu il sentyabrın ortalarında Qazaxıstana dövlət və pastır səfəri edəcək. İlkin məlumatlara görə, səfər sentyabrın 14-də baş tutacaq və üç gün davam edəcək. Bu səfərin bütün Mərkəzi Asiya regionu üçün əhəmiyyətini və Xəzəryanı ölkələrin coğrafi və mənəvi yaxınlığını nəzərə alaraq, Azərbaycanın katolikləri Mərkəzi Asiyanın digər ölkələrindən olan qardaş və bacıları ilə birlikdə Papa həzrətlərinin səfəri ilə bağlı ictimai tədbirlərdə və ayinlərdə iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, bu səfər Kilsə tərəfindən maliyələşdirilmir və könüllülük əsasında həyata keçirilir, lakin zəvvarların yerləşdirilməsi ev sahibi tərəfindən təmin ediləcək. Əgər imanlılarımız arasında Qazaxıstanın paytaxtı Nursultan şəhərinə səfər etmək istəyənlər varsa, o zaman prixodların baş keşişləri ilə: ata Martin Bonkalo və ata Behbud Mustafayevlə əlaqə saxlamağınız xahiş olunur.
İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Çərşənbə axşamı | 12:45 rus dilində |
| Çərşənbə | 12:45 rus dilində |
| Cümə axşamı | 19:00 rus dilində |
| Cümə | 17:30 rus dilində |
| Şənbə | RƏBBİN SURƏTİNİN DƏYİŞİLMƏSİ BAYRAMI:
Müqəddəs Messalar: ingilis dilində saat 07:00 və 18:00, rus dilində saat 12:00 |
| Bazar (Rəbbin Günü) | 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində |
MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ
| Bazar ertəsi | Müqəddəs Messa saat 19:00-da, rus dilində |
| Çərşənbə axşamı
|
Müqəddəs Messa saat 19:00-da, rus dilində |
| Çərşənbə | Müqəddəs Messa saat 19:00-da, rus dilində |
| Cümə | Saat 18:30-da Müqəddəs Ənamlara Səcdə Ayini, Müqəddəs Messa saat 19:00-da, rus dilində |
| Şənbə | Rəbbin Günü Ərəfəsi Müqəddəs Messası saat 19:00-da, latın dilində |
| Bazar (Rəbbin Günü) | Müqəddəs Messalar saat 11:00 və 19:00-da, rus dilində |