31 OKTYABR 2021, ADİ DÖVRÜN XXXI RƏBB GÜNÜNƏ OLAN ELANLAR
Növbəti həftə üçün liturgiya təqvimi
1 noyabr, bazar ertəsi, BÜTÜN MÜQƏDDƏSLƏR GÜNÜ, böyük batram
2 noyabr, çərşənbə axşamı, BÜTÜN MƏRHUMLARIN ANIM GÜNÜ
4 noyabr, cümə axşamı, müqəddəs yepiskop Karl Borromeo, xatirə günü
7 noyabr, bazar, ADİ DÖVRÜN XXXII RƏBB GÜNÜ
İmanlıların diqqətinə çatdırmaq istərdik ki, növbəti həftədə, noyabrın 4-ü, 5-i və 6-sı müvafiq olaraq ayın ilk cümə axşamısı, ilk cüməsi və ilk şənbəsi olacaq. Məlum olduğu kimi, hər ayın ilk cümə axşamında Kilsə imanlıları yeni ruhani çağırışlar üçün dua etməyə, hər ayın ilk cüməsində İsanın Ali-Müqəddəs Ürəyinə ehtiram etməyə və özünü Onun Mərhəmətinə tapşıraraq iman və ümid ilə Tövbə Sirrini qəbul etməyə, hər ayın ilk şənbəsinə Fövqələqdəs Allah Anasının Günahsız Ürəyinə ehtiram etməyə dəvət edir.
Apostol Prefekturasının elanları
Noyabr ayının 2-si Kilsə bütün mərhumları anır.
Ərafda olan mərhumlar üçün indulgensiyanın alınması
Noyabr ayının 1-dən 8-nə kimi olan okatava ərzində mərhumlar üçün tam indulgensiyanın alınması
Kilsə adətinə görə, noyabr ayının ilk oktavası ərzində, yəni 1-dən 8-ə kimi – imanlılara ərafda olan mərhumlar üçün tam ingulgensiya almaq imkanı verilir. İndulgensiyanın alınması üçün bu şərtlər yerinə yetirilməlidir: hər hansısa bir qəbristanlığı ziyarət etmək, mərhumlara görə dua etmək, Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və Müqəddəs Atanın niyyətləri üçün dua etmək.
Bununla belə, COVID-19 pandemiyası ilə bağlı mümkün məhdudiyyətləri nəzərə alaraq, Kilsə ərafda olan mərhumlar üçün tam indulgensiyanın alınması imkanını, yuxarıda göstərilən şərtlərə əməl etməklə, bütün noyabr ayına şamil edir.
Noyabr ayının 2-də, Bütün Mərhumların Anım Günündə ərafda olan mərhumlar üçün tam indulgensiyanın alınması
2 noyabr Mərhumların Anım Günündə, mərhunlara görə tam indulgensiya həmin gün hər hansı bir katolik kilsəsini, ibadətgahı, sövməəni ziyatər edib, orada “Atamız” və “Kredo” (Həvari və ya Nikeya-Konstantinopol İman Simvolu) dualarını oxuyan və indulgensiya alınmasının digər adi şərtlərinə əməl edən imanlılar üçün təqdim edilir. Bu il mərhumlar üçün tam indulgensiyanı noyabrın hər hansı bir başqa günündə də həmin şərtlərilə almaq olar.
Ahıl, xəstə və ya evini tərk edə bilməyən insanlar, mərhumlara görə tam indulgensiyanı ruhən digər imanlılarla birləşərək, bütün günahlardan uzaqlaşaraq və ilk fürsətdə indulgensiya alınmasının mütləq şərtlərini yerinə yetirmək niyyətində olalaq ala bilərlər. Onlar İsanın və ya Fövqələqdəs Məryəm Ananın surəti qarşısında mərhumlar üçün dua etməli, məsələn “Breviari”-nin (Gündəlik Mədhlər) Səhər və ya Axşam duasını, Rozari və ya İlahi Mərhəmət çələngi dualarını oxumalı, Mərhumlar üçün Liturgiyanın İnclidən olan oxunuşu üzərində dua ilə düşünməli, mərhəmət işlərini görməli və öz məhdudiyyətlərini və ağrılarını Allaha qurban kimi təqdim etməlidir.
İctimai ibadətlər haqda məlumat
BÜTÜN MÜQƏDDƏSLƏR GÜNÜ (1 noyabr) VƏ BÜTÜN MƏRHUMLARIN ANIM GÜNÜ (2 noyabr) MÜQƏDDƏS MESSALAR
Fövqələqdəs Bakirə Məryəm prixodunda (Xətai): saat 7.00-da ingilis dilində, saat 19.00-da rus dilində
Mqd. II İohann Pavel prixodunda (Gənclik): saat 19.00-da rus dilində
Növbəti həftə üçün digər ibadətlər haqda məlumatı https://www.catholic.az/az/services internet səhifəsindən əldə edə bilərsiniz.
QƏBİRSTANLIĞI ZİYARƏT ETMƏK HAQDA
Bazar günü, noyabrın 7-də, Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai) imanlılar üçün qəbirstanlığa ziyarət təşkil edəcək. Əlavə məlumat üçün prixodun baş keşişi ata Martin Bonkalo-ya müraciət edə bilərsiniz.