PAPA FRANSİSKƏ 85 İLLİYİ MÜNASİBƏTİLƏ TƏBRİK MƏKTUBU
Bununla əlaqədar, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, yepiskop Vladimir Fekete, Azərbaycan katolikləri adından ali pontifikə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Zati-müqəddəsləri
əziz Papa Fransisk,
Sizi 85 illik yubileyiniz münasibətilə öz adımdan, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının keşişləri, rahib və rahibələri, Azərbaycanda Katolik Kilsəsinin bütün sadiqləri adından ürəkdən təbrik edir, Sizə Uca Rəbbimizdən hər cür xeyirdua və Məryəm Anadan dəstək diləyirəm.
Bu gün biz Sizin üçün xüsusi dualar edirik. Qoy Müqəddəs Ruh Sizə Kilsəni idarə etmək üçün, bəşəriyyətin yaşadığı çətinliklərə dözmək üçün güc versin.
Sizin 2016-cı ildə Azərbaycana etdiyiniz tarixi və unudulmaz səfərinizin xatirəsinə mən hər bazar ertəsi günü Sizin üçün və Sizin niyyətləriniz üçün Müqəddəs Messa həsr edirəm ki, Allah Sizə bütün işlərinizdə yar olsun.
İsa Məsihdə sevgi ilə,
Sizin Vladimir Fekete”
