5 SENTYABR 2021, ADİ DÖVRÜN XXIII RƏBB GÜNÜNƏ OLAN ELANLAR
NÖVBƏTİ HƏFTƏ ÜÇÜN LİTURGİYA TƏQVİMİ
8 sentyabr, çərşənbə, Fövqələqdəs Bakirə Məryəmin Mövludu, bayram
9 sentyabr, cümə axşamı, müqəddəs Peter Klaver, keşiş, xatirə günü
12 sentyabr, bazar günü, ADİ DÖVRÜN XXIV RƏBB GÜNÜ
Apostol Prefekturasının elanları
İctimai ibadətlər (Müqəddəs Messalar) haqda məlumat
Kilsəni ziyarət etmək imkanı, Müqəddəs Messada iştirak etmək və yaxud Sirrləri qəbul etmək haqda cari məlumatı prixodlarda xidmət edən keşişərdən əldə edə bilərsiniz:
Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai) : +994-77-542-6670 ( whatsapp-a yazın)
mqd. II İohann Pavel prixodu (Gənclik): İctimai Müqəddəs Messalar aşağıda verilən cədvələ əsasən keçirilir. Əlaqə nömrəsi: +994 50 630 42 37
| bazar ertəsi | 19.00 |
| çərşənbə | 19.00 |
| cümə | 18.00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19.00 – Müqəddəs Messa |
| şənbə | Rəbb Günü Ərəfəsi 19.00 |
| bazar | 11:00 və 19.00 |
Əlaqə nömrəsi: +994 50 630 42 37
Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.
Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.
Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.