8 NOYABR, ZƏFƏR GÜNÜ ƏRƏFƏSİNDƏ MÜQƏDDƏS MESSA

8 Noyabr Zəfər Günü ərəfəsində, Adi Dövrün XXXII Rəbb Günündə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətləri Müqəddəs Messaya başçılıq edib. Dini ibadət zamanı Azərbaycan, ölkə rəhbərliyi və bütün xalq üçün dualar edilib, Uca Allahdan ölkəmizə xeyir-dua, şəhidlərə rəhmət, onların ailələrinə təsəlli və qazilərə şəfa dilənib.
Allah Azərbaycanı qorusun!