8 NOYABR – ZƏFƏR GÜNÜ TƏBRİKİ

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Azərbaycan xalqını Zəfər Günü münasibətilə ürəkdən təbrik edir.

Kilsə tarix boyu “sevinənlər ilə sevinir, ağlayanlar ilə ağlayır” (Rom 12, 15). Xalqın 44 günlük Vətən Müharibəsi zamanı yaşadığı həyəcana, həlak olanlara görə ağrısına şərik olaraq, Kilsə müharibənin Zəfər ilə bitməsinə və ölkənin işğal altında olan torpaqlarının azad olunmasına görə xalq ilə bir yerdə sevinir.

Qoy Uca Yaradan dövlətimizi və xalqımızı qorusun, Azərbaycanı xeyirduası ilə nurlandırsın!