9 AVQUST, ADİ DÖVRÜN XIX RƏBB GÜNÜNƏ OLAN ELANLAR

NÖVBƏTİ HƏFTƏ ÜÇÜN LİTURGİYA TƏQVİMİ

09 avqust, bazar ertəsi, müqəddəs  Xaça həsr edilmiş Tereza Benedikta, bakirə və şəhid,  xatirə günü

10 avqust, çərşənbə axçamı, müqəddəs Lavrentiyus, diakon və şəhid, bayram günü

11 avqust, çərşənbə, müqəddəs Klara, bakirə, xatirə günü  

13 avqust, cümə, müqəddəs Pontian, papa və Hippolit, keşiş, şəhidlər, xatirə günü

14 avqust, şənbə, müqəddəs Maksimilian Mariya Kolbe, keşiş və şəhid, xatirə günü, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÖYLƏRƏ GÖTÜRÜLMƏSİ BAYRAMININ ƏRƏFƏSİ

15 avqust, bazar günü, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÖYLƏRƏ GÖTÜRÜLMƏSİ BAYRAMI

Apostol Prefekturasının elanları
Avqust ayı ərzində ictimai ibadətlər (Müqəddəs Messalar) haqda məlumat

Kilsəni ziyarət etmək imkanı, Müqəddəs Messada iştirak etmək və yaxud Sirrləri qəbul etmək haqda cari məlumatı prixodlarda xidmət edən keşişərdən əldə edə bilərsiniz:

Fövqələqdəs Bakirə Məryəm prixodu (Xətai)  : +994-77-542-6670 ( whatsapp-a yazın)

mqd. II İohann Pavel prixodu (Gənclik): İctimai Müqəddəs Messalar aşağıda verilən cədvələ əsasən keçirilir.  Əlaqə nömrəsi:  +994 50 630 42 37

bazar ertəsi    19.00
çərşənbə  19.00
cümə 18.00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19.00 – Müqəddəs Messa
şənbə    Rəbb Günü Ərəfəsi 19.00
bazar 11:00 və 19.00

 

Əlaqə nömrəsi:  +994 50 630 42 37

Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir.  

Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.

Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.

MÜQƏDDƏS HƏVARİ BARTALMAYIN BAYRAMI

24 avqust tarixində Katolik Kilsəsi İsa Məsihin 12 həvarisindən biri olan, müqəddəs həvari Bartalmayın xatirəsini bayram kimi qeyd edir. Bartalmayın həvariliyə çağrılması tarixi Yəhyanın qələmə aldığı İncilin 1-ci fəsilində yazılıb. Bibliyaşünaslıq və Kilsə Rəvayətinə görə, Məsih tərəfdən “ürəyində hiylə olmayan İsrailli” adlanan Natanael gələcəkdə həvari Bartalmay kimi tanınacaq şəxsdir. Bartalmay  -aramey dilində olan ata adıdır və əslində “bar-Tulmay” yəni Tulmayın oğlu mənasını verir. Beləliklə həvari Bartalmayın tam adı – Tulmay oğlu Natanael (Nataniel bar-Tulmay).

Azərbaycanda olan Kilsə üçün həvari Bartalmayın şəxsiyyətinin müstəsna mənası var. Qədim Kilsə Rəvayətinə görə, həvari Bartalmay müasir Azərbaycanın yerləşdiyi torpaqlarda İncili vəz etmək üçün seçilmişdir. Bu o deməkdir ki, Azərbaycanda xristianlıq tarixinin və Kilsənin həvari mənşəyi var.  Elə burada da, Xəzər dənizinin sahilində, qədim Albana şəhərində (Şərqi Kilsənin Rəvayətinə görə bu Bakı şəhərinin özüdür) müqəddəs Bartalmay Məsihin Adına görə şəhid kimi edam edilir: onun dərisi diri-diri soyulur və başı kəsilir.

Buna görə biz həvari Bartalmaya ilk öncə Azərbaycanda Kilsənin və bütün ölkəmizin və xalqımızın hamisinə kimi ehtiram edirik.

23 avqust, bazar ertəsi günü, saat 19.00 mqd. II İohann Pavel ibadətgahında (Gənclikdə) mqd. həvari Bartalmay Bayramının Ərəfə Messası keçiriləcək. 24 avqust, çərşənbə axşamı – Bayram Messası, yenə də saat 19.00 keçiriləcək.

Bütün katolikləribizim müqəddəs hamimizə həsr edilmiş bayram ibadətlərində iştirak etməyə dəvət edirik.

Xatırlatmaq istərik ki, ictimai ibadətlərdə iştirak etmək üçün COVID-19 infeksiyasına qarşı  peyvəndolunmanı təsdiq edən sənədi və yaxud immunitet sertifikatını (xəstələnib sağalanlar üçün) təqdim etmək lazımdır.

Bayrama qədər olan müddətdə Kilsə bütün yerli katoliklərə təklif edir ki, müqəddəs Bartalmaya fərdi şəkildə dua ilə ehtiram etsinlər, ondan ölkəmiz, millətimiz, Azərbaycanda sülh və əminəmanlıq üçün, Kilsəmiz üçün dua etməyini diləsinlər. İmanımızın və hamimiz ilə mənəvi bağların möhkəmlənməsi üçün mqd. Bartalmayın rəvayətə görə edam edilyini yerə – Qız Qalasıın ətəyinə şəxsi zəvvarlığın faydası da böyük olar.

Rəbbin günlərində və mütləq bayramlarda Messada şəxsən iştirak etməkdən dispensasiya (azad olma)

Xatlrladırıq ki, davam edən karantin rejimi səbəbindən, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi yerli katolikləri   Rəbbin günlərində və mütləq bayramlarda Messada şəxsən iştirak etmək öhdəliyindən müvəqqəti olaraq azad edir.

Bu azadolma (dispensasiya) növbəti  xəbərdarlığa qədər güvvədə qalır.