9 YANVAR 2022 İL, İSA MƏSİHİN VƏFTİZİ BAYRAMINA OLAN ELANLAR

Növbəti həftə üçün liturgiya təqvimi

13 yanvar, cümə axşamı, müqəddəs İlariy, yepiskop və Kilsə müəllimi, xatirə günü

16 yanvar, bazar, ADİ DÖVRÜN II RƏBB GÜNÜ

İsa Məsihin Vəftizi Bayramı ilə Kilsədə Milad Dövrü bitir və Adi Dövr başlanır. Adi Dövr 2 mart, Kül Çərşənbəsi, Böyük Orucun başlanmasına qədər davam edəcək

İBADƏTLƏR CƏDVƏLİ
MÜQƏDDƏS MƏRYƏM ANA KATOLİK KİLSƏSİNDƏ (XƏTAİ) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ   
Çərşənbə axşamı 12:45 rus dilində
Çərşənbə 12:45 rus dilində
Cümə axşamı 19:00 rus dilində
Cümə 17:30 rus dilində
Şənbə Rəbb Günü Ərəfəsi Messaları: 17:00 italyan dilində, 18:00 ingilis dilində
Bazar (Rəbbin Günü) 07:00 və 11:00 ingilis dilində, 13:00 rus dilində, 15:30 azərbaycan dilində

 MQD. II İOHANN PAVEL PRİXODUNDA (GƏNCLİK) MÜQƏDDƏS MESSALARIN CƏDVƏLİ

Bazar ertəsi 19:00 rus dilində
Çərşənbə axşamı 19:00 rus dilində
Çərşənbə 19:00 rus dilində
Cümə 18:00 Müqəddəs Ənamlara Səcdə Ayini, 19:00 – Müqəddəs Messa rus dilində. Müqəddəs Ənamlara Səcdə Ayini zamanı keşiş sakristiya otağında Tövbə Sirrini qəbul etmək istəyənləri gözləyəcək.
Şənbə 19:00 rus dilində (Rəbb Günü Ərəfəsi Messası)
Bazar (Rəbbin Günü) 11:00 və 19:00 rus dilində

Xatırladırıq ki, ictimai ibadət və ayinlərdə iştirak etmək üçün COVİD-19 koronavirus infeksiyasına qarşı peyvəndolunmanı təsdiq edən sənəd (kovid-pasportu) və ya immunitet sertifikatı (yoluxub sağalanlar üçün) təqdim edilməlidir. 

Kovid-pasportu və ya immunitet sertfifikatı olmayan şəxslər Tövbə və Yevxaristiya Sirrlərini qəbul etmək və ya başqa mənəvi ehtiyaclar üçün prixodun baş keşişi ilə fərdi görüş məqsədilə ayrıca danışa bilər.

Xahiş edirik, ibadətgahda olarkən, həmçinin ayin zamanı koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədilə təyin olunmuş bütün profilaktik tədbirlərə və qaydalara riayət edəsiniz.