AD GÜNÜNÜZ MÜBARƏK, YEPİSKOP HƏZRƏTLƏRİ!

Bu gün Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete həzrətlərinin ad günüdür.

Azərbaycan katolikləri adından ruhani atamız  Vladimir Fekete həzrətlərini ad günü münasinətilə ürəkdən təbrik edir, Uca Yarandandan ona uzun ömür, möhkəm can sağlığı, iman şövqü, Kilsəmizin mənəvi rifahı və ölkəmizdə dinlərarası dialoqun yüksək səviyyəsinin qorunub saxlanılması naminə bütün işlərində müvəffəqiyyətlər diləyirik.

Rəbbimiz yepiskopumuzu qorusun!