ADİ DÖVRÜN XIX HƏFTƏSİ ÜÇÜN LİTURGUYA TƏQVİMİ (08-15 AVQUST 2021)
09 avqust, bazar ertəsi, müqəddəs Xaça həsr edilmiş Tereza Benedikta, bakirə və şəhid, xatirə günü
Mqd. Tereza Benedikta (əsl adı Edita Ştayn) 1891-ci ildə, Sileziyada, Breslau şəhərində (indiki Vroslav, Polşa), yahudi ailəsində dünyaya gəlib. Gözəl fəlsəfə üzrə təhsil alaraq, Almaniyanın məşhur filosofu oldu. 1922-ci ildə Katolik Kilsəsində vəftiz olundu, 1933-cu ildə karmelitlər monastırına daxil olub, Xaça həsr edilmiş Tereza Benedikta rahibə adını qəbul etmişdir. 1938-ci ildə, Almaniyada yahudilərə qarşı təqiblərin başlanması ilə əlaqədar onu Ext şəhərində (Hollandiya) yerləşən monastıra göndərirlər. 1942-ci ilin avqust ayında o, digər holland yahudiləri ilə birlikdə, Osvensim konslagerinə göndərilir və orada qaz kamerasında həlak olur. 1999-cı ildə Papa II İohann Pavel tərəfindən müqəddəs və Kilsə müəllimi elan edilir.
10 avqust, çərşənbə axçamı, müqəddəs Lavrentiyus, diakon və şəhid, bayram günü
Mqd. Lavrentiyus roma papası II Siskstusun vaxtında Roma Kilsəsinin diakonu olub. Kilsə əmlakına görə məsul idi və yoxsullara qayğı göstərirdi. İmperator Valerianın dövründə baş verən təqiblər zamanı, sonunun çatmasını öncədən hiss edərək, bütün Kilsə əmlakını yoxsullara paylamışdı. Papa II Sikstusun ölümündən bir neçə gün sonra Romanın prefekti Kilsə əmlakını mənimsəmək istədi, Lavrentiyus isə bütün yoxsulları bir araya yığaraq ona belə cavab verdi “Kilsənin sərvəti budur”. Rəvayətə görə, 10 avqust 258-ci il tarixində dəmir şəbəkənin üstündə yandırılmışdır. Roma Kanonunda adı xatırlanır.
11 avqust, çərşənbə, müqəddəs Klara, bakirə, xatirə günü
Mqd. Klara XII əsrin sonunda, İtaliyanın Assizi şəhərində, zəngin ailədə dünyaya gəlib. 1212-ci ildə mqd. Fransiskin əllərindən rahibə libasını qəbul etdib və onun nizamnaməsinə əsasəsn, Assizi şəhərində, mqd. Damian kilsəsinin nəznində ilk qadın monastırını yaradıb. Rahibə bacıları ilə birlikdə tərki-dünya həyatını yaşayıb. 27 il ərzində fiziki acılarda əziyyət çəkib, lakin həyatının sonuna kimi ruhən həlim qalıb. 11 avqust 1253-cü ildə vəfat edib.
13 avqust, cümə, müqəddəs Pontian, papa və Hippolit, keşiş, şəhidlər, xatirə günü
Mqd. Pontian 231-ci ildə Romanın yepiskopu seçilir. 235-ci ildə görkəmli ilahiyyatçı və yazıçı keşiş olan, mqd Hippolit ilə bərabər Sardiniyaya sürgün edilir. Mqd. Hippolit “Həvari Rəvayəti” əlyazmasında Roma Kilsəsinin yevxaristik duasının ən qədim formasını qeydə almışdır. Hal-hazırda həmin dua II Yevxaristik Duanın əsasını təşkil edir. Hər iki müqəddəs ağır əmək nəticəsində, sürgündə vəfat edib. Cəsədləri Romaya gətirilib, yerli qəbirsanlıqda torpağa tapşırılıb.
14 avqust, şənbə, müqəddəs Maksimilian Mariya Kolbe, keşiş və şəhid, xatirə günü, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÖYLƏRƏ GÖTÜRÜLMƏSİ BAYRAMININ ƏRƏFƏSİ
Mqd. Maksimilian (əsl adı Raybund Kolbe) 1984-cü ildə Polşada anadan olub. 1941-ci ildə faşistlər tərəfindən Osvensim konslagerinə göndərilib. Könüllü şəkildə başqa tutsağın həyatını xilas etmək üçün ölümə getməyi seçib.
15 avqust, bazar günü, FÖVQƏLƏQDƏS BAKİRƏ MƏRYƏMİN GÖYLƏRƏ GÖTÜRÜLMƏSİ BAYRAMI
Bu dünyada həyat yolunu başa vurduqdan sonra, Günahsız Allah Anası cismi və ruhu ilə Səmavi İzzətə ucalır. Məryəmin Göylərə götürülməsi bəşəriyyətin Səmavi İzzətə çağırıldığını xatırladır.
