ADİ DÖVRÜN XX HƏFTƏSİ ÜÇÜN LİTURGİYA TƏQVİMİ (16-22 AVQUST 2021)
16 avqust, bazar ertəsi, müqəddəs Macarıstanlı Stefan, xatirə günü
Əsl adı Vayk, macarıstanlı knyaz Qezanın oğlu, təxminən 970-ci ildə, Esterqomda doğulub. Vəftizdə (rəvayətə görə onu mqd. Adalbert vəftiz edib) Stefan adını qəbul edib. 997-ci ildə, atasının ölümündən sonra, knyaz tax-tacına çıxır, 1000-ci ildə isə roma papası II Silvestr tərəfindən Macarıstan krallığın müstəgilliyinin rəmzinə çevirilmiş tacı qəbul edir və beləliklə bu ölkənin ilk kralı olur. Mqd. Stefanın Macarıstanda xristianlığın yayılmasında müstəsna xidmətləri olub. O ölkəsində Kilsəni təşkil edib: iki arxiyepiskopluq, 10 yeparxiya, 5 benedektin abbatlığını qurub. 15 avqust 1038-ci ildə, Fövqələqdəs Bakirə Məryəmin Göylərə Götürülməsi bayramında dünyasını dəyişib. Mqd. Stefan Məryəmi “Macarıstanın Böyük Bakirəsi” adlandırırdı.
19 avqust, cümə axşamı, müqəddəs İoann Ed, keşiş, xatirə günü
Mqd. İoann Ed 1601-ci ildə, Fransanın Ri şəhərində anadan olub. Oratoriyanlar keşişləri konqreqasiyasının üzv kimi xalq missiyalarının böyük tərəfdarı idi. O, xalq missiyalarına həsr edilmiş İsa və Bakirə Məryəm konqreqasiyasını, həmçinin İlahi Məhəbbət Anası qadın konqreqasiyasını yaradıb. İsanın Ali-Müqəddəs Ürəyinə və Məryəmin Pak Ürəyinə ehtiramı vəz edənlərdən olub.
20 avqust, cümə, müqəddəs Bernard, ata və Kilsə müəllimi, xatirə günü
Mqd. Bernarrd Fransanın Dijon şəhərinin yaxınlığında, 1090-ci ildə dünyaya gəlib. 22 yaşında sisterian abbatlığına daxil olur. 3 il sonra Klervo şəhərində abbatlığı təsis edir və son gününə kimi həmin abbatlığın başçısı olur. Mqd. Bernard nəyinki əməksevər abbatlıq rəhbəri olub, eyni zamanda dövrünün bidət və ayrımçıları ilə mübarizə aparıb və bununla Kilsə həyatına böyük təsir göstərib. Müstəsna natiqliyə sahib insan idi. və bu səbəbdən “Bal yağan müəllim” adı almışdır. Məryəm Ananın böyük fədakarı idi. Özündən sonra çoxlu əlyazmalar qoyub, əsasən Mərtəm Anaya həsr edilmiş möizələr və dualar.
21 avqust, şənbə, müqəddəs X Pius, Roma Papası, xatirə günü
Mqd. Pius (dünyavi adı Cüzeppe Mekyore Sarto) İtaliyanın Rieze şəhərinin yaxınlığında 1835-ci ildə dünyaya gəlib. Kənd poçtalyonun 10 evladından ikincisi idi. İlhaiyyat təhsili alandan sonra, vikariy, baş keşiş, seminariyanınn ruhani rəhbəri, Mantui-nin yepiskopu və,nəhayət, Venesiyanın patriarxı olub. 1903-cü ildə Roma Papası seçilir. Kilsənin nüfuzunun güclənməsi və ruhani hakimiyyətin dünyavi hakimiyyətindən üstün sayılması üçün çalışır. Modernizmin səhvlərini ifşa edir və onlar ilə mübarizə aparır. Həlim, mərhəmətli, təvəzökar insan kimi tanınırdı. Birinci Dünya Müharibəsinin baş verməməsi üçün səylər göstərir və həmin müharibənin başlanmasından bir müddət sonra vəfat edir.
22 avqust, bazar gübü в воскресенье, ADİ DÖVRÜN XXI RƏBB GÜNÜ