ADİ DÖVRÜN XXIII HƏFTƏSİ ÜÇÜN LİTURGİYA TƏQVİMİ (06-12 SENTYABR 2021)
8 sentyabr, çərşənbə, Fövqələqdəs Bakirə Məryəmin Mövludu, bayram
Yerusəlimdə (Qüdsdə), artıq V əsrdə, Allah Anasının doğulduğu yerdə bazilikanın təqdis edilməsi bayramı qeyd edilirdi. Bizans və Romada Müqəddəs Məryəmin Mövludu bayramı VII əsrdə qeyd edilirdi və tezliklə Müqəddəs Məryəmin şərəfinə qeyd edilən əsas bayramlardan biri oldu.
9 sentyabr, cümə axşamı, keşiş Müqəddəs Peter Claverin xatirəsi
Peter Claver 1580 -ci ildə İspaniyanın Verdu şəhərində anadan olub. İsa Cəmiyyətinə daxil olduqdan sonra, qul ticarətinin mərkəzi olan Cartagena’ya (Kolumbiya) missionerlik işinə göndərildi. Özünü Afrikadan gətirilən qullar arasında işə həsr etdi, onlar üçün yalnız missioner deyil, həm də həkim və müəllim idi. 8 sentyabr 1654 -cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. 15 yanvar 1888 -ci ildə Peter Claver Papa XII Leo tərəfindən müqəddəs və Afrikalılar arasında Katolik missiyalarının himayədarı elan edildi.
12 sentyabr, bazar günü, ADİ DÖVRÜN XXIV RƏBB GÜNÜ