APOSTOL PREFEKTURASININ GENERAL VİKARİSİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin birgə təşkilatçılığı ilə dekabrın 17-də Rabat şəhərində keçirilən “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda keçirilən beynəlxalq konfransın işində Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının general vikarisi ata Yozef Marek iştirak edib.
Ata Yozef Marek öz çıxışında Azərbaycanda Katolik Kilsəsinin tarixindən və müasir dövründən, Kilsənin cəmiyyət və dövlətlə qarşılıqlı etimad üzərində qurulmuş əlaqələrindən, Azərbaycana xas olan multikulturalizm mədəniyyətindən danışıb.