APOSTOL PREFEKTURASININ KURİYASINDA GÖRÜŞ
5 noyabr 2021-ci ildə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Kuriyasında Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Rus Pravoslav Kilsəsi Bakı Yeparxial İdarəsinin katibi, arximandrit Aleksiy (Nikonorovu) qəbul etmişdir.
Qardaşlıq ruhunda keçən söhbət zamanı cari məsələlər, ölkəmizdə katolik və pravoslav icmaları arasında Müjdənin bəyan edilməsi, cəmiyyətimizdə dinlər, konfessiyalar və millətlər arası sülhün qorunması və möhkəmləndirilməsi, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu mərhum Aleksandr (İşein) həzrətlərinin ölkəmizdə dinlərarası dialoqun inkişafında müstəsna xidmətləri xüsusi qeyd edilib.