AVQUSTUN 26-da AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVA DOĞUM GÜNÜNÜ QEYD EDİR

Avqustun 26-da, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva doğum gününü qeyd edir.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası adından çoxhörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edirik!

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ölkənin Birinci Vitse-Prezidentinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Çoxhörmətli Mehriban xanım!

İcazə verin, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ruhaniləri, rahibləri və dindarları  adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim!

Azərbaycanın rifahı naminə, xüsusilə humanitar sahədə fədakar əməyiniz haqlı olaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda ən yüksək qiymətə layiq olub.

Sizin təşəbbüsünüz və yüksək peşəkar rəhbərliyiniz altında  həyata keçirilən layihələr sayəsində Azərbaycan təkcə müasir, güclü və sürətlə inkişaf edən ölkə kimi deyil, həm də qədim zamanlardan Azərbaycan xalqına xas olan tolerantlıq və multikulturalizm dəyərlərinə söykənən yüksək mədəniyyəti olan ölkə kimi dünyada tanınılır.  

Eyni zamanda, Katolik Kilsəsi ilə Azərbaycan arasında qarşılıqlı anlaşma, etimad və əməkdaşlığın yüksək səviyyəsi Sizin müstəsna xidmətləriniz və töhvələrinizə borcludur.

Azərbaycanın katolikləri olaraq Kilsəmizin ehtiyaclarına fəal qayğınıza, Sizdən və rəhbəri olduğunuz qurumlardan hər zaman aldığımız dəstəyə görə Sizə səmimi qəlbdən təşəkkür edirik.

Çoxhörmətli Mehriban xanım!

Doğum gününüz münasibətilə Sizə və qəlbinizə əziz olan hər kəsə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanın, onun çoxmillətli və çoxkonfessiyalı cəmiyyətinin rifahı naminə yorulmaz fəaliyyətinizdə Allahdan kömək və xeyir-dua arzulayıram.

Uca Yaradan Sizi və ailənizi qorusun!

 

Dərin hörmətlə,

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti,

Munisipe titulyar yepiskopu,

+ Vladimir Fekete”