AZƏRBAYCAN KATOLİKLƏRİ MQD. HƏVARİ BARTALMAYIN BAYRAMINI QEYD ETDİLƏR
Avqustun 24-ü, Azərbaycanda Kilsənin himayədarı kimi ehtiramla anılan müqəddəs həvari Bartalmayın xatirəsinin qeyd olunduğu gündə, yerli və xarici katoliklərdən ibarət bir qrup, qədim Kilsə ənənəsinə görə Bartalmayın Məsih uğrunda şəhid olunduğu Qız Qalasının ətəyinə zəvvar ziyarətini edib, mqd. Bartalmayın şəfaəti ilə Allahdan Azərbaycan və bütün dünya üçün xeyirdua diləyib.
Sonra, Bakının katolik kilsə və ibadətgahlarında həvari Bartalmayın şərəfinə Müqəddəs Messa keçirildi.


