Məktubda deyilir:
“Çox möhtərəm Mehriban xanım,
İcazənizlə, Sizi Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası, ölkəmizdə yaşayan bütün katoliklər və şəxsən öz adımdan ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, bütün işlərinizdə və Azərbaycanın və xalqın tərəqqisi naminə təşəbbüslərinizdə uğurlar arzulayıram.
Siz yüksək humanizm ideyalarını öz çoxşaxəli fəaliyyətinizin əsas prinsipi seçərək, həmçinin Azərbaycan xalqının zəngin multikulturalizm və tolerantlıq ənənələrinə əsaslanaraq ölkəmizdə dinlərarası və millətlərarası sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi işinə müstəsna və əvəzsiz töhfələr verirsiniz.
Azərbaycanda Katolik Kilsəsi Sizə həmçinin rəhbərlik etdiyiniz qurumlar tərəfindən icmamıza göstərilən hərtərəfli köməyə görə dərin minnətdarlığını bildirir.
Dualarımızda Sizi Uca Tanrıya əmanət edərək, Azərbaycan xalqının rifahı naminə davamlı qayğılarınızda Azərbaycanda Katolik Kilsəsinin Sizi dəstəkləməyə hazır olduğunu bir daha bildiririk.
Uca Tanrı Sizə xeyir-dua versin!”