Dini Qurumlar ilə iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Azərbaycanın müsəlman, xristian, yahudi və digər dini icmaların rəhbərləri və nümayəndələri üçün Şuşa şəhərinə səfər təşkil olunmuşdur. Səfər çərçivəsində dini icmaların nümayəndələri işğaldan azad olmuş Şuşada aparılan geniş miqyaslı yenidənqurma işləri, o cümlədən, tarixi, mədəni və dini abidələrin bərpası çərçivəsində görülən işlərlə tanış oldular.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası adından səfərdə Prefekturanın mətbuat katibi Toral Ağayev iştirak edib.
Şuşa səfəri ilə bağlı təəsüratlatını Dövlət Televiziyası ilə bölüşən T. Ağayev qeyd edib ki, Şuşada aparılan bərpa işləri həm tarixi həm dini abidələri əhatə edir, və müsəlman dini abidələri ilə yanaşı xristian məbədləri də bərpa edilir və bu da Şuşanın dünyada nəyinki Azərbaycan mədəniyyətinin paytaxtı, həmçinin sülhün və quruculuğun paytaxtı kimi tanınmasına xidmət edir.