AZƏRBAYCANDA KATOLİK KİLSƏSİ SİNODAL YOL ÜÇÜN DUA EDİB

Roma Papası Fransiskin Məryəm Anaya həsr olunmuş milli ziyarətgahlarda və məbədlərdə Kilsənin Sinodal Yolu üçün dua etməyə çağırışına əməl edərək, mayın 31-i, Müqəddəs Məryəmin Yelizavetaya  Baş Çəkməsi bayramı günündə yepiskop Vladimir Fekete həzrətləri Bakının mqd. Məryəm katolik kilsəsində Müqəddəs Messaya ibadətinə başçılıq edib.  Müqəddəs Messa və ondan öncə edilən Rozari duası Papa Fransiskin və bütün Ümumdünya Kilsəsinin Sinodal Yolla bağlı niyyətlərinə həsr edilib.

Yepiskop Vladimir Fekete öz xütbəsində Azərbaycanın katolk ruhanilərini və bütün yerli katolikləri xristianın öz iman yolunu Kilsədə,  qardaş və bacıları ilə birlikdə  getməsinin nə demək olduğu haqda düşünməyə çağırıb. Müqəddəs Messanın sonunda yepiskop Vladimir Fekete Allahın Əqdəs Validəsinin şəfaəti ilə ibadətdə iştirak edənlərə təntənəli xeyir-dua verdi.