AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ AVSTRİYADA SƏFƏRDƏDİR

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx-ül-islam Allahşükür Paşazadə-nin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Avstriya Respubliksasında səfərdədir.
Səfərdə məqsəd Vyana şəhərində keçiriləcək “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda Beynəlxalq Konfransının təşkili və KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin toplantısında iştirak etməkdir.