AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ, YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN MƏSİHİN DİRİLMƏSİ NURLU BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİKİ

İsa Məsihdə əziz bacı və qardaşlarım!

İki minillik ərzində məsihilər hər zaman xatırlayır və iqrar edir ki Müqəddəs Cümənin əzabları və Böyük Şənbənin ümidsizliyindən sonra mütləq və dəyişilməz olaraq Pasxa Səhəri, Məsihin Dirilməsi Səhəri açılır.

Biz iman edirik ki, Məsih ölülərdən dirildiyi kimi, hər insan, İsanı iman ilə qəbul etsə və Ona öz həyatını etibar etsə – Allah ilə ünsiyyətdə yaşanacaq yeni, əbədi həyata nail olacaq.

Bu gün qorxudan və təlaşdan irəli gələn ağrı bizim dünyamızı bürüyür. Normal həyata tezliklə qayıdacağımız ilə bağlı proqnozlar isə daha ehtiyyatla səslənilir.

Lakin unutmayaq ki, hətda bu məhdudiyyətlər və xəstəlik qarşısnda olan qorxu zülməti bizim istəyimizdən daha uzun çəksə, o yenə də mütləq yeni gün qarşısında geri çəkiləcək və nurun qələbəsinə çevriləcək.

Mənim əzizlərim,

Bu məcburi özünü-izolyasiya günlərində mən həyatımın hissəsi olmuş sizlər üçün çoxlu dua edirəm. Arzu edirəm ki, bu il qeyri adi şəkildə qarşılanan Pasxa bayramının qeyd edilməsi sizin Məsihin Qələbəsinə olan ümidinizi bu asan olmayan zamanda daha da gücləndirsin.

Qoy yaşadığımız bu çətinliklər sizə İsa Məsihə doğru iman addımını etməyə cəsarətləndirsin; o balaca addımı Məsihin günah və ölüm üzərində Böyük Qələbəsinə şərik ola bilməyimiz üçün hər birimiz edə bilərik və etməliyik.

Bu il Pasxa sevincini biz birlikdə ifadə edə bilməsək də, mən arzu edirəm ki qəlbləriniz və evləriniz həmin sevinc ilə bol olsun!

Məsih dirildi, Alleluya!

Həqiqətən dirildi, Alleluya!

Sizin yepiskop,

+ Vladimir