AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ, YEPİSKOP VLADİMİR FEKETE HƏZRƏTLƏRİNİN MÜQƏDDƏS HƏFTƏ(ƏZAB HƏFTƏSİ) VƏ İSA MƏSİHİN DİRİLMƏSİ İBADƏTLƏRİ İLƏ BAĞLI AZƏRBAYCANDA YAŞAYAN KATOLİK KİLSƏSİNİN SADİQLƏRİNƏ MÜRACİƏTİ

Əziz bacılar və qardaşlar,

Bu il biz Böyük Oruc zamanını COVİD-19 virusunun yaratdığı qlobal epidemiyanın fövqəladə şəraətində yaşayırıq. Bildiyiniz kimi, Azərbaycan Respublikasının hökuməti, həmin virusun sürətlə yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görür.  Onlardan biri                  20  aprel 2020-cil tarixinə qədər tədbiq olunan qəti karantin rejimidir. Karantin müddətinin sonuna qədər bütün toplantılar, kütləvi tədbirlər qadağan edilib, vətəndaşlar evlərini yalnız hökumətin qərarında göstərilən səbəblərə görə  və müəyyən müddətə tərk edə bilər.  Sözsüz, bu vəziyyət Məsihin Pasxasının qeyd edilməsinə də öz təsirini göstərəcək və bu il biz Pasxa Bayramını yeni, qeyri adi şəkildə qarşılayacağıq.

Müqəddəs Həftə(Əzab Həftəsi) və Pasxa ibadətləri bizim ölkədə imanlıların iştirakı olmadan və İlahi İbadət və Sirrlər Konqreqasiyasının 19  və 25 mart 2020-ci il tarixindən olan xüsusi göstərişlərində əks olunan şəkildə keçiriləcək.

Bu Müraciətə əlavə edilən proqramda siz Müqəddəs Pasxa Üç-Günlüyü və Məsihin Dirilməsi ibadətlərinin cədvəlini tapa bilərsiniz. Beləliklə, kilsədə xidmət edən dini xadimlərin dualarına və ibadətinə siz də öz dualarınız ilə, cədvəl ilə müəyyən edilmiş vaxtda qatıla bilərsiniz. Şəraət və texniki vasitələr imkan yaratsa biz bəzi ibadətlərin canlı yayımlanmasını təşkil edəcəyik. Bütün bunlar bizə Azərbaycan katoliklərin hamısı ilə imanda və məhəbbətdə birləşməyimizə imkan yaradacaq.

Mən əminəm ki,  əgər biz bütün qəlbimiz ilə Allaha tərəf dönsək, biz Pasxa günləri ərzində duaya və Müqəddəs Yazıya adi vəziyyətdə olduğundan daha çox vaxt həsr edə biləcəyik və bizim iman həyatımız nəyinki sarsılmaz, lakin Allahın rəhmi ilə daha da dərin və bəhrəli ola bilər.

Həttda ibadətlərin televiziya və ya internet vasitəsi ilə yayımlanmasına qoşula bilməsək də, səmimi duamıza cavab olaraq Allah-Təala əlbət ki həyatımız üçün bütün zəruri olan lütflərini bizə bəxş edəcək.

Mən hər gün hər biriniz üçün ümid ilə dua edirəm ki, bu asan olmayan sınaq sizin şəxsi imanınızı, bizim Kilsəmizi və ölkəmizin bütüb cəmiyyətini gücləndirsin.

Qoy Kilsənin əsrlər boyu, bəşəriyyət tarixinin ən çətin anlarında belə qoruyub saxladığı Ölümün və günahın üzərində Qalib olan və Dirilmənin İlki olan Rəbbimiz İsa Məsihə imanımız sizə güc versin, qəlbinizi sülh, hüzur və sevinc içində Pasxa intizarı ilə bol etsin.

Sizin yepiskop,

+ Vladimir Fekete, SDB

 

PASXA İBADƏTLƏRİNİN PROQRAMI

Məryəm Ana kilsəsində keşiriləcək ibadətlərin vaxtı haqqında daha sonra xəbər veriləcək.

 

MÜQƏDDƏS HƏFTƏ (ƏZAB HƏFTƏSİ)

 

5 APREL ZEYTUN (PALMA) BAYRAMI – İSA MƏSİHİN YERUSƏLİMƏ GİRİŞİ BAYRAMI

13:00 – Müqəddəs Messa Xilaskar Məsih ibadətgahında

 

9 APREL        MÜQƏDDƏS CÜMƏ AXŞAMI

MİRRO VƏ ZEYTUN YAĞININ TƏQDİS EDİLMƏSİ MESSASI

  • Yayda və ya payızda daha münasib vaxta keçirilir

 

İSA MƏSİHİN PASXA YEMƏYİNİN XATIRLANMASI

18:00 – Müqəddəs Messa Xilaskar Məsih ibadətgahında

 

10 APREL MÜQƏDDƏS CÜMƏ AYİNİ  – RƏBBİMİZİN ƏZABLARI VƏ ÖLÜMÜNÜN XATIRLANMASI

18:00 – ibadət  Xilaskar Məsih ibadətgahında

 

11 APREL MÜQƏDDƏS ŞƏNBƏ – PASXA ƏRƏFƏSİ

20:00 – Müqəddəs Messa Xilaskar Məsih ibadətgahında

 

12 APREL  – PASXA BAYRAMI

 

13:00 – Müqəddəs Messa Xilaskar Məsih ibadətgahında