AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ, YEPİSKOP VLADİMİR FEKETE-nin KORONAVİRUSUN (COVİD-19) YAYILMASI TƏHLÜKƏSİ İLƏ BAĞLI 3 saylı SƏRƏNCAMI
24 mart 2002-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək Azərbaycan ərazisində xüsusi karantin rejiminin tədbiq olunması ilə əlaqədar, Məryəm Ana kilsəsi, müvafiq təhlükəsizlik və higiyena tələblərinə riayət edilməsi şərti ilə yalnız Rəbbin Günləri (bazar günləri) və yalnız fərdi dualar üçün açıq olacaq.
Əgər siz keşiş ilə əlaqə saxlamaq istəyirsiniz, o zaman + 99451 496 10 93 telefon nömrəsinə zəng edə bilərsiniz.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Kuriyası imanlılara təkidlə tövsiyyə edir ki onlar AR Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün qərarlarına riayət etsinlər.
Mənəvi və cismani sağlamlığı qorumaq məqsədi ilə, Azərbaycanda yaşayan Katolik Kilsəsinin imanlılarını bu vaxt ərzində bizə evimizdə əlçatan olan – dua, Müqəddəs Yazının oxunuşu, mənəvi birləşmə və s. – vasitələrə daha böyük həvəslə müraciət etməyə çağırıram.
Azərbaycanda Ümumdünya Kilsəsinin bütün keşişləri və rahibləri ilə bərabər mən sizlər üçün dua edirəm və hər hün sizlərə görə Allah-Təalaya Yevxaristiya Qurbanını gətirirəm.
Sizin hamınızı bu çətin günlərdə Müqəddəs Məryəm Ananın dualarına tapşırıram. Qoy Allah sizə xeyirdua versin!
Sizin yepiskop, + Vladimir Fekete, SDB
Bakı şəhərində, 24 mart 2020-ci il tarixində