AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ, YEPİSKOP VLADİMİR FEKETE-nin KORONAVİRUSUN (COVİD-19) YAYILMASI TƏHLÜKƏSİ İLƏ BAĞLI 4 saylı SƏRƏNCAMI

Əziz bacılar və qardaşlar, Azərbaycan Respublikası ərazisində 29 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar, Məryam Ana kilsəsi xüsusi karantin müddəti ərzində bağlı olacaq. Ölkə vətəndaşlarının və Azərbaycanda Katolik Kilsəsinin sadiq evladlarının səhhətinin qorunması məqsədi ilə tədbiq olunan bu tədbiri imanlılar tərəfindən anlayış ilə qarşılamağa çağırırıq.

Hər hansı bir mənəvi və ya sosial ehtiyaclara dair ciddi məsələ ilə bağlı siz + 99451 496 10 93 telefon nömrəsinə zəng edə bilərsiniz.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Kuriyası imanlılara təkidlə tövsiyyə edir ki onlar AR Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün qərarlarına riayət etsinlər.

Mənəvi və cismani sağlığın qorunması məqsədilə, Azərbaycanda yaşayan Katolik Kİlsəsinin imanlılarını Rəbbə ümid etməyə, sakit qalmağa, panikadan uzaq durmağa və evimizdə əlçatan olan – dua, Müqəddəs Yazının oxunuşu, mənəvi birləşmə və s. – vasitələrə daha böyük həvəslə müraciət etməyə çağırıram.

Sizin üçün dua edirəm və hər hün sizlərə görə Allah-Təalaya Yevxaristiya Qurbanını gətirirəm.

Sizin hamınızı Müqəddəs Məryəm Ananın və müqəddəs havadarlarımızın dualarına tapşırıram. Qoy Allah sizə xeyirdua versin!

Sizin yepiskop, + Vladimir Fekete, SDB

Bakı şəhərində, 28 mart 2020-ci il tarixində