AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTİ, YEPİSKOP VLADİMİR FEKETE-nin KORONAVİRUSUN (COVİD-19) YAYILMASI TƏHLÜKƏSİ İLƏ BAĞLI SƏRƏNCAMI
Azərbaycan Respublikası dövlət qurumlarının, xüsusən Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tövsiyyələrini və sərəncamlarını, həmçinin Dünya Səhiyyə Təşkilatının tövsiyyələrini nəzərə alaraq, Günahsız Məryəm Ana kilsəsində bütün kütləvi dualar, ibadətlər və yığıncaqların 2020-ci ilin mart ayının 18-dən başlayaraq müvəqqəti dayandırılması haqqında Katolik Kilsəsinin Azərbaycandakı imanlılarına xəbər edirəm.
Hal hazırda Günahsız Məryəm Ana kilsəsi, müvafiq təhlükəsizlik və higiyena tələblərinə edilməsi şərti ilə, yalnız fərdi şəxslərin duaları üçün açıqdır.
Əgər siz keşiş ilə Tövbə Ayini, dəfn təşkili və ya başqa dini-mənəvi ehtiyaclar üçün görüşmək istəyirsiniz, o zaman + 99451 496 10 93 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Kuriyası ahıl imanlılara təkidlə tövsiyyə edir ki, onlar imkan daxilində evdən çıxmasın və insan kütləsinin toplaşdığı yerlərdən özünü qorusun.
Mənəvi və cismani sağlamlığı qorumaq məqsədi ilə, Azərbaycanda yaşayan Katolik Kilsəsinin imanlılarını bu vaxt ərzində bizə evimizdə əlçatan olan – dua, Müqəddəs Yazının oxunuşu, mənəvi birləşmə və s. – vasitələrə daha böyük həvəslə müraciət etməyə çağırıram.
Azərbaycanda Ümumdünya Kilsəsinin bütün keşişləri və rahibləri ilə bərabər mən sizlər üçün dua edirəm və hər hün sizlərə görə Allah-Təalaya Yevxaristiya Qurbanını gətirirəm.
Sizin hamınızı bu çətin günlərdə Müqəddəs Məryəm Ananın dualarına tapşırıram. Qoy Allah sizə xeyirdua versin!
Sizin yepiskop, + Vladimir Fekete, SDB