AZƏRBAYCANDA KATOLİK KİLSƏSİNİN APOSTOL PREFEKTURASI 20 YANVAR 1990 İL FACİƏSİ QURBANLARININ ƏZİZ XATİRƏSİNİ YAD EDİR

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası 20 yanvar qanlı faciəsinin qurbanlarını dərin hüzn və ehtiram ilə yad edir.

Allah bütün şəhidlərə rəhmət eləsin, o qanlı gecədə yaxınlarını itirənlərə səbr, ölkəmizə və xalqımıza xeyir-dua versin!

Azərbaycanın dini liderləri Qanlı Yanvar faciəsi qurbanlarının əziz xatirəsini Şəhidlər Xiyabanında birlikdə yad edib.
Mərasimdə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete iştirak edib.