Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası Pastoral Şurasının ilk iclası keçirilib

Noyabrın 26-da yepiskop Vladimir Fekete-nin sədrliyi ilə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının Pastoral Şurasının ilk iclası keçirilib.
Birgə duadan sonra yepiskop Vladimir Fekete iclas iştirakçılarına öz salamlarını çatdırdı və Pastoral Şuranın qarşısında duran kanonik məqsəd və vəzifələrdən danışdı.
Şura üzvlərinə Şuranın tərkibini və strukturunu müəyyən edən yepiskop fərmanı təqdim edildi.
Daha sonra Pastoral Şurasının katibi təyin edildi və gündəlikdə duran məsələlər müzakirə olundu.
Görüşün sonunda yepiskop Vladimir Fekete Bakıda səfərdə olan Müqəddəs Tax-Tacın Azərbaycandaki apostol nunsisi, arxiyepiskop Marek Solçinskidən Pastorlar Şurasına xeyir-dua verməsini xahiş etdi.