AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 11 APREL 2021 Cİ İL – 2 Cİ RƏBB GÜNÜ PASXA DÖVRÜ, ALLAHIN MƏRHƏMƏTİ BAYRAMI
AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 11 APREL 2021-Cİ IL – 2 Cİ RƏBB GÜNÜ PASXA DÖVRÜ – ALLAHIN MƏRHƏMƏTİ BAYRAMI
Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı
Azərbaycanda Katolik Kilsəsi pandemiya zamanı cari karantin qaydalarına əsasən fəaliyyətini davam etdirir.
Pandemiya və onunla bağlı sərt karantin zamanı Bakının Məryəm Ana kilsəsində icdimai ibadətlərin keçirilməsi dayandırılıb. Lakin biz bütün imanlıları öz mənəvi və iman həyatlarını şəxsi dua, Bibliyanı oxumaq, fərdi görüşlər və Müqəddəs Sirrləri qəbul etmək vasitəsilə, cari vəziyyətə uyqun olaraq inkişaf etdirməyə çağırırırq.
Müqəddəs Messa hər Bazar Günü (Rəbbin Günü) saat 11.00-da yepiskopun şəxsi ibadətgahından canlı olaraq yayımlanır.
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
13 Aprel, çərşənbə axşamı günü, Müqəddəs Roma Papası I Martinin xatirə günüdür.
18 Aprel, bazar günü, III cü Rəbb günü pasxa dövrüdür