AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 14 FEVRAL 2021 CI İL – 6 cı RƏBB GÜNÜ ADİ DÖVR
14 FEVRAL 2021-CI IL, 6 cı RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANALARI
Apostol Prefekturasının elanları
Oruc dövrünün başlanması
Bu həftə, çərşənbə günü, liturgiya ilinin xüsusi bir vaxtı – Böyük Oruc başlayır, hansı ki, 4 aprel Pasxa bayramına qədər davam edəcək. Möminləri tövbə və mənəvi yenilənmə yollarını tapmağa çağırırıq ki, Böyük Oruc vaxtını ruhun xeyrinə istifadə edə bilsinlər və beləliklə İsa Məsihin Dirilişinin böyük bayramına hazırlaşa bilsinlər.
Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı
Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik
Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik.
Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.
Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
17 fevral çərşənbə günü, Kül çərşənbəsidir ( Böyük Oruc dövrü başlayır)
21 fevral bazar günü, 1 ci Rəbb günü oruc dövrüdür