AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 14 MART 2021 CI İL – 4 cü RƏBB GÜNÜ ORUC DÖVRÜ

14 MART 2021 CI İL, 4 cü RƏBB GÜNÜ ORUC DÖVRÜ


Apostol Prefekturasının elanları

Müqəddəs Yusifin bayramı – Müqəddəs Yusifin ili.

19 Mart Cümə günü Katolik Kilsəsi Müqəddəs Yusifin bayramını qeyd edir. Möminləri bu bayrama xüsusi diqqət ayırmağa dəvət edirik, çünki Papa Fransiskin çağırışı ilə 2021-ci il Müqəddəs Yusifə həsr olundu. Həftə ərzində mətnləri veb saytımızda yayımlanan novena dualarına qatıla bilərsiniz.

Amoris laetitia ili.

Möminləri Katolik Kilsəsindəki başqa bir vacib təşəbbüsə diqqət yetirməyə dəvət edirik. Papa Fransisk, ailəyə həsr olunmuş xüsusi bir il elan etdi – Amoris laetitia ili, 2021-ci il martın 19-da, Müqəddəs Yusifin bayramı ayin mərasimi günü açılışını edəcək. Bu xüsusi il, 2022-ci ilin iyun ayında Romada keçiriləcək 10-cu Dünya Ailələri Toplantısı ilə başa çatacaq. Bu təşəbbüsdə iştirak üçün xüsusi imkanlar barədə mütəmadi olaraq məlumat verəcəyik.


Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı

Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik

Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik. 

Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.

Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

17 Mart çərşənbə günü, İrlandiya və İslandiyanın havadarı Müqəddəs Patrikin xatirə günüdür

18 Mart cümə axşamı günü, kilsənin müəllimi və yepiskopu olan müqəddəs Kiril Yerusəlimin xatirə günüdür

19 Mart cümə günü, Müqəddəs Bakirə Məryəmin nişanlısı Müqəddəs Yusifin bayramıdır  

21 Mart bazar günü, 5 ci Rəbb günü Oruc dövrüdür