AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 17 YANVAR 2021 ci İL – 2 ci RƏBB GÜNÜ ADİ DÖVÜR
17 YANVAR 2021-CI IL, 2 ci RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANLARI
Apostol Prefekturasının elanları
Xristian birliyi üçün dua həftəsi.
Hər il 18 – 25 yanvar həftəsi xristianların birliyi üçün yüzlərlə dualar həsr edilir. Mövcud vəziyyətdə, xüsusi bir ictimai tədbir təşkil edə bilmirik, ancaq bu həftə ərzində fərdi olaraq bu niyyətlərlə dua etməyə, həmçinin həyatımızda, ailələrimizdə və başqaları ilə münasibətlərdə birliyi möhkəmləndirmək üçün şəxsi səylər göstərməyə sizi dəvət edirik.
Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı
Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik
Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik.
Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.
Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
20 Yanvar çərşənbə günü, Papa və şəhid olan Müqəddəs Fabian və şəhid Müqəddəs Sebastiyanın xatirələri günüdür.
21 Yanvar cümə axşamı günü, Bakirə və şəhid olan Müqəddəs Aqnesin xatirə günüdür.
22 Yanvar cümə günü, Dyakon və şəhid olan Müqəddəs Vikentiyin xatirə günüdür.
24 Yanvar bazar günü, 3 cü Rəbb günü adi dövürdür, Allahın Sözü Rəbb günüdür.