Azərbaycanda Katolik Kilsəsinin elanları – 20 Dekabr 2020-ci il – 4 cü Rəbb günü advent dövrü
20 Dekabr 2020-ci il, 4 cü Rəbb günü advent dövrünün elanları
Apostol Prefekturasının elanları
Miladdan əvvəl tövbə ayini
Milad bayramından əvvəl bütün Katolikləri Müqəddəs Tövbə ayini qəbul edərək Tanrı ilə barışmağa çağırırıq. Məryəmin Məsum Hamiləliyi Kilsəsi çərşənbə axşamı – cümə axşamı günləri açıq olacaq. Xüsusilə 22 və 23 dekabr tarixlərində saat 10: 00-dan 17: 00-dək kahinlər tövbə ayini üçün kilsədə olacaqlar (əlaqə – kilsənin baş kahini Ata Selva 0514961093, köməkçi Ata Emil 0506668507). Və həmçinin Tövbə ayinini Gənclikdəki ibadətgahdan da qəbul edə bilərsiz (əlaqə – Ata Yusif 0503056460).
Karantin şəraitində Milad bayramının qeyd edilməsi
Bu il Milad bayramını əvvəlki illərdən fərqli bir şəkildə qeyd edəcəyik. Təəssüf ki, pandemiyanın şərtləri bir araya gəlməyimizə və Məsihin doğumunu təntənəli şəkildə qeyd etməyimizə imkan vermir. Bu vəziyyətdə, sizi Məsihin kasıb bir Betlehem tövləsində dünyaya gəldiyi ilk Milad bayramına təvazökarlığla xatırlamağa, düşünməyə və vaxt ayırmağa dəvət edirik. Bununla birlikdə həmçinin kilsə Milad dövründə açıq olacaq. Kilsəni ziyarət etmək (Xətai və ya Gənclikdə) və ayinləri bayram günü və ya Milad oktavasının başqa bir günündə ziyarət etmək imkanı barədə kahinlərlə şəxsən əlaqə saxlamağa dəvət edirik.
Xatırladaq ki, tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik. Məsihin doğuş ərəfəsindəki təntənəli Müqəddəs Messa canlı yayım 24 dekabr saat 21.00-da YouTube kanalımızda yayımlanacaq.
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma:
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
21 Dekabr, bazar ertəsi Kilsənin müəllimi və keşişi olan müqəddəs Kanisli Peterin xatirə günüdür
24 Dekabr, cümə axşamı, Milad axşamıdır.
25 Dekabr, cümə günü, MİLAD BAYRAMIDIR.
26 Dekabr, şənbə günü, birinci şəhid Müqəddəs Stefanın xatirə günündür.
27 Dekabr, bazar günü, Müqəddəs Ailənin Byramıdır.
