AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 24 YANVAR 2021 CI İL – ALLAHIN KƏLAMI 3 cü RƏBB GÜNÜ ADİ DÖVR

24 YANVAR 2021-CI IL, ALLAHIN KƏLAMI III cü RƏBB GÜNÜ ADİ DÖVRÜN ELANALARI


Apostol Prefekturasının elanları

Allahın Kəlamı Rəbb günü

2019-cu ildə Papa Fransisk Aperuit illis həvari məktubunda “adi dövrün üçüncü bazar günü Allahın Kəlamını tərifləməyə, üzərində düşünməyə və yaymağa həsr olunması» qərarını verdi.

Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı

Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik

Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik. 

Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.

Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

25 Yanvar bazar ertəsi, Müqəddəs həvari Pavelin Məsihə tərəf dönməsi bayramıdır ? 

26 Yanvar çərşənbə axşamı, Müqəddəs yepiskoplar Timotey və Titin xatirə günləridir

28 Yanvar cümə axşamı günü, Kilsənin müəllimi və keşişi Akvinalı Fomanın xatirə günüdür

31 Yanvar Bazar günü, 4 cü Rəbb günü adi dövürdür