AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 27 DEKABR 2020-CI IL – MÜQƏDDƏS AILƏ BAYRAMI
27 DEKABR 2020-CI IL, MÜQƏDDƏS AILƏ BAYRAMININ ELANLARI
Apostol Prefekturasının elanları
Karantin şəraitində Milad bayramının qeyd edilməsi
Bu il Milad bayramını əvvəlki illərdən fərqli bir şəkildə qeyd edəcəyik. Təəssüf ki, pandemiyanın şərtləri bir araya gəlməyimizə və Məsihin doğumunu təntənəli şəkildə qeyd etməyimizə imkan vermir. Bu vəziyyətdə, sizi Məsihin kasıb bir Betlehem tövləsində dünyaya gəldiyi ilk Milad bayramına təvazökarlığla xatırlamağa, düşünməyə və vaxt ayırmağa dəvət edirik. Bununla birlikdə həmçinin kilsə Milad dövründə açıq olacaq. Kilsəni ziyarət etmək (Xətai və ya Gənclikdə) və ayinləri bayram günü və ya Milad oktavasının başqa bir günündə ziyarət etmək imkanı barədə kahinlərlə şəxsən əlaqə saxlamağa dəvət edirik.
Xatırladaq ki, tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik.
Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma:
Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.
Növbəti həftə üçün liturgiya təqvimi
28 Dekabr, bazar ertəsi günü , Betlehəmdə ki, Müqəddəs günahsız körpə şəhidlərin Bayramıdır.
29 Dekabr, çərşənbə axşamı günü, Yepiskop və şəhid olan Müqəddəs Beketli Fomanın xatirə günüdür.
31 Dekabr, cümə axşamı günü, Müqəddəs Papa I-ci Silvestrin xatirə günüdür.
1 Yanvar, cümə günü, Allah Anası Olan Məryəmin Bayramıdır.
2 Yanvar, şənbə günü, Kilsənin müəllimi və yepiskopları olan Müqəddəslər Qeysəriyyəli Basilin və Qriqorun xatirə günüdür.
3 Yanvar, bazar günü, Epifanya Bayramıdır.