AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 28 MART 2021 Cİ İL – İSA MƏSİHİN YERUSƏLİMƏ GİRİŞ BAYRAMI

28 MART 2021-Cİ IL, İSA MƏSİHİN YERUSƏLİMƏ GİRİŞ BAYRAMININ ELANLARI


Müqəddəs Həftənin qeyd olunması 2021

Təəssüf ki, davam edən koronavirus pandemiyası səbəbindən bu il ölkədəki epidemioloji vəziyyət Pasxa bayramının müqəddəs ayinlərini və mərasimlərini qeyd etmək üçün kilsədə toplanmağa imkan vermir, ancaq Yepiskopumuzla birlikdə aşağıdakı cədvələ əsasən onlayn yayım vasitəsilə Məsihə ibadət və Pasxa sirri haqqında düşünməkdə birləşə bilərik.

1 Aprel cümə axşamı günü – 19:00 Rəbbin Pasxa yeməyinin xatirəsi
2 Aprel cümə günü – 19:00 Rəbbin Əzablarının xatirəsi
3 Aprel şənbə günü – 19:30 Müqəddəs gecədə Pasxa axşamı
4 Aprel bazar günü – 11:00 Rəbbimiz İsa Məsihin nurlu Pasxa bayramı

Nəzərinizə çatdıraq ki, ( cümə axşamı, cümə və şənbə günləri ) səsli yayımla yayımlanacağıq (yalnız səsli), Bazar günü müqəddəs ayin video ilə yayımlanacaq.

Ayinlərin cədvəli və müvafiq linklərə catholic.az saytımızdaFacebook-da baxa bilərsiniz.

Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı

Mövcud vəziyyətdə pandemiya mühiti bizi bu həftə infeksiyanın yayılmasının qarşısını almaq üçün kilsələrimizi bağlamağa məcbur edir. Vəziyyətin yaxşılaşacağını və tezliklə heç olmasa şəxsi dua üçün kilsələri aça biləcəyimizə ümid edirik.
Kilsəni ziyarət etmək, müqəddəs ayinləri qəbul etmək, və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.
Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11: 00-da YouTube kanalımızda rus dilində davam edir.

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

1 Aprel cümə axşamı günü, Müqəddəs Cümə axşamı, Rəbbin Pasxa yeməyinin xatirəsi günüdür.

2 Aprel cümə günü, Müqəddəs Cümə, Rəbbin Əzablarının xatirəsi günüdür.

3 Aprel şənbə günü, Müqəddəs şənbə, Pasxa axşamıdır.

4 Aprel bazar günü, Rəbbimiz İsa Məsihin nurlu Pasxa bayramıdır.