AZƏRBAYCANDA KATOLIK KILSƏSININ ELANLARI – 3 YANVAR 2021-ci İL – EPİFANYA BAYRAMI

3 Yanvar 2021-ci il, Epifanya Bayramının elanları


Apostol Prefekturasının elanları

Pasxa və günü dəyişilən bayramların tarixlərinin elan edilməsi

Epifaniya bayramının qeyd olunmasından sonra ki, bazar günü kilsə tərəfindən təyin olunduğu kimi İsa Məsihin vəftizi Bayramı ilə birlikdə Milad dövrüdə bitir və Adi dövür başlayır və bu il Adi dövür 16 Fevrala qədər davam edəcək.

17 Fevral, Kül çərşənbəsindən etibarən Oruc dövrü başlayır, bu dövür 3 Aprel Pasxa ərəfəsinə qədər davam edəcək.

İSA MƏSİHİN PASXA BAYRAMI bu il 4 Aprel tarixinə təsadüf edir

Pasxa dövrü, 23 May Pentikost Byramına qədər davam edəcəkdir.

24 May – 27 Noyabr – Kilsədə Adi dövürdür.

2021-ci ildə Advent dövrü 28 Noyabrda başlayır.

Katolik Kilsəsinin fəaliyyəti və karantin dövründə kilsəni ziyarət etmək imkanı:

Mövcud vəziyyətdə pandemiya qaydaları kütləvi şəkildə toplanmağımıza imkan vermir. Ancaq bu dövrdə kilsələr açıq olacaq. Sizləri Şəxsi dua, kahinlə söhbət və ayinləri qəbul etmək üçün (Xətai və ya Gənclikdəki) kilsəni ziyarət etmək barədə kahinlərlə şəxsən əlaqə saxlamağınızı xahiş edirik

Xatırladaq ki, xüsusilə tövbə ayini zamanı, eləcə də kilsəyə hər gəlişinizdə karantin qaydalarına (sosial məsafə, maskaların taxılması və əllərin dezinfeksiya edilməsinə ) ciddi şəkildə riayət etməyinizi sizdən xahiş edirik. 

Kilsəni ziyarət etmək, ayinləri qəbul etmək, ilahi xidmətlərdə iştirak etmək və digər xidmətlər barədə bütün suallarınızla kahinlərimizlə əlaqə saxlaya bilərsiniz.

Həmçinin Müqəddəs Messa onlayn yayımları bazar günü saat 11:00-da YouTube kanalımızda rus dilində davam edir.

Rəbb günü messasında iştirak etmə öhdəliyindən azad olunma:

Xatırladırıq ki, indiki dövrdə davam edən ictimai ibadətlərə qoyulan qadağa səbəbi ilə Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, sadiq katolikləri Rəbb günü Messasında şəxsi iştirak etmək öhdəliyindən müvəqqəti azad edir. Bu azadlıq bir daha bildirilməyə qədər etibarlıdır.


Növbəti həftə üçün liturgiya təqvimi 

7 Yanvar, cümə axşamı günü, Müqəddəs Keşiş Penyafortlu Raymondun xatirə günüdür və həmçinin ayın ilk cümə axşamıdır, xüsusilə kahinlik və rahiblik çağırışları üçün dua günüdür.

10 Yanvar, bazar günü, İsa Məsihin vəftiz Bayramıdır